Veysəloğlu Şirkətlər Qrupu

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
07.02.23 - 09.03.23

İş haqqında məlumat

  • ISO 9001:2015, BRC, IFS, ISO 22000:2018, FSSC 22000 və digər yerli, regional və beynəlxalq standartlara uyğun bütün tələblərin həyata keçirilməsini təmin etmək;
  • Anbara qəbul edilən qida məhsullarının keyfiyyətinə mövcud standartların tələbləri və referans nümunələri üzrə nəzarət etmək;
  • Qablaşdırılan məhsulların qablaşdırmasının bütövlüyünü, markalanmanın düzgünlüyünü yoxlamaq;
  • Məhsulların rəf ömrü standartlarının tələblərinə uyğunluğunu yoxlamaq;
  • Məhsulların düzgün temperatur rejimlərində saxlanılmasına nəzarət etmək;
  • FIFO prinsipinə əməl edilməsini təmin etmək;
  • Anbarda və nəqliyyat vasitələrində (qəbul və göndərilməsi zamanı) mal qonşuluğu qaydalarını yoxlamaq;
  • Qablaşdırma materialları, ləvazimatları və aparatlarının təmizliyinə nəzarət edilməsi;
  • Proseslə əlaqədar forma, təlimat və prosedurların yazılması və işlək vəziyyətdə olmasını təmin etmək;
  • Anbar və qablaşdırma sahəsində temperatur, nisbi rütubət nəzarətini və qeydiyyatını aparmaq;
  • Qida təhlükəsizliyi və gigiyena tələblərinin icra olunub-olunmamasına nəzarət etmək;
  • Yararsız məhsul haqqında aidiyyəti əməkdaşlara və birbaşa rəhbərinə dərhal məlumat vermək;
  • Daxili və xarici auditin aparılması prosesində iştirak etmək, audit zamanı aşkarlanmış uyğunsuzluqları aradan qaldırmaq;
  • Bölmə rəhbərinin təlimatları üzrə aylıq hesabatların hazırlanmasının təşkili;
  • İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Təhsil: Ali (Qida mühəndisliyi);
  • Məhsul standartları ilə işləmə bacarığı;
  • Dil bilikləri: Rus və ingilis dili biliyi arzuolunandır;
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (Qida sahəsində təcrübə üstünlükdür);


Elanın müddəti bitmişdir