Kristal Abşeron

Keyfiyyətə nəzarət üzrə mühəndis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
16.10.23 - 15.11.23

İş haqqında məlumat

  • Layihənin xüsusiyyətləri, təsvirləri, metodikası və Keyfiyyətə nəzarət planları, prosedurlarını hazırlamaq;
  • İşlərin yerinə yetirilmə metodunu hazırlamaq və müştəri ilə razılaşdırılmaq;
  • İşin əhatə dairəsi üzrə təftiş test planını hazırlamaq və təsdiqləmək;
  • Layihənin bütün növ sənədlərin qeydiyyatı həmçinin bütün digər layihələrə aid xüsusi keyfiyyətə nəzarət hesabatları yaratmaq, yeniləmək və saxlamaq;
  • Müəyyən edilmiş tələblərə, standartlara və ya direktivlərə dair tamlığı və uyğunluğunu yoxlamaq;
  • Hesabatları, sənədləri yoxlamaq, tələb olunan keyfiyyət sənədlərini toplamaq və göndərmək;
  • Verilmiş uyğunsuzluq və ya düzəldici önləyici hesabatlarını sistemli olaraq qeydiyyatını aparmaq və müvafiq düzəliş tədbirlərini müəyyən etmək;
  • Testlərin, nəzarətin və yoxlamaların aparıldığından və icraçıların bütün lazımi layihə sənədlərindən istifadə edə biləcəyindən əmin olmaq;
  • Mühəndis kommunikasiya sistemlərinin sınaqdan keçirilməsi və istifadəsi üzrə koordinasiya etmək və sənədləşdirməni aparmaq;
  • İşin keyfiyyətinə təsir edən məsələləri həll etmək və ya işin keyfiyyətinə mənfi təsir edə biləcək zəruri hallarda işi dayandırmaq;
  • Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə və müvafiq sertifikatların alınmasına nəzarət etmək;
  • Tikinti sahəsinə daxil olan materialların layihə uyğunluğunu yoxlamaq, tələblərə cavab vermədikdə isə materialın qəbulunu dayandırmaq;
  • Tikinti üzrə iş ardıcıllıqlarını bilmək və müvafiq işlərin tamamlanması zamanı onların təhvil təslim prosesində yaxından iştirak etmək;
  • İş qrafiki: 6 günlük.

Tələblər

  • Təhsil: Ali (İnşaat sahəsi);
  • Təcrübə: Tikinti işləri üzrə keyfiyyətə nəzarət mühəndisi olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək);
  • Kompüter bacarıqları: Yaxşı səviyyədə Microsoft Office (Word, Excel, Power Point, Outlook), Autocad proqramları;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus və ingilis dili, türk dili arzuolunandır;
  • Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
  • Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
  • Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
  • Detallara diqqətli yanaşmaq;
  • Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini;
  • Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini;
  • Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.


Oxşar vakansiyalar