Cronos Construction

Keyfiyyətə nəzarət mühəndisi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
09.10.23 - 08.11.23

İş haqqında məlumat

  • Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi;
  • Yoxlama və testləri həyata keçirmək üçün müvafiq standartların hazırlanması və test metodlarına nəzarət;
  • Tikinti prosesinin izlənməsi, keyfiyyət standartlarına uyğun gəlməməsi halında və ya keyfiyyətin təmin edilməsi ilə bağlı hər hansı potensial problem barədə layihə menecerinə məlumat verilməsi;
  • Sahədə işlərin keyfiyyətinin pisləşməsi səbəblərinin analizi və tədqiq edilməsi, problemlərin aradan qaldırılması üzrə tədbirlərin görülməsi;
  • Sahədəki bütün materialların keyfiyyətinin yoxlanması və layihə tələblərinə uyğunluğunun təmin edilməsi;
  • Materialların texniki sənədlərlə təsdiq edilmiş tələblərə, təchizatçılarla imzalanan müqavilələrin şərtlərinə uyğunluğunun yoxlanılması;
  • Keyfiyyətə nəzarət üzrə standartların tətbiqi;
  • Sub-podratçıların keyfiyyətə nəzarət planlarının və hesabatlarının nəzərdən keçirilməsi, yoxlanması və təsdiqlənməsi;
  • Layihə üzrə keyfiyyətə nəzarət üzrə təlim planının hazırlanması və həyata keçirilməsi;
  • Təhlükəsizlik və keyfiyyətin idarəsi üzrə aylıq  hesabatın hazırlanması və rəhbərliyə təqdim edilməsi; 
  • İş qrafiki: 6 günlük.

Tələblər

  • Təhsil: Ali (Mühəndislik ixtisası üzrə);
  • Təcrübə: İnşaat sahəsində ən azı 7 il;
  • Dil bilikləri: Azərbaycan və ingilis dil bilikləri (Rus dili biliyi üstünlük təşkil edir);
  • Beynəlxalq layihə və ya təşkilatda iş təcrübəsi arzuolunandır;
  • Keyfiyyətə nəzarət prosedurları və standartları üzrə biliklər;
  • ISO Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə;
  • Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə;
  • Komanda ilə işləmə bacarıqları;
  • Güclü analitik düşünmə bacarıqları.


Oxşar vakansiyalar