SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Keyfiyyət təminatı və biznes proseslər üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
28.08.23 - 27.09.23

İş haqqında məlumat

  • Keyfiyyət təminatı proqramlarını planlaşdırmaq, istiqamətləndirmək və əlaqələndirmək və keyfiyyəti idarəetmə sisteminin siyasətlərini formalaşdırmaq, o cümlədən keyfiyyət idarəetmə sistemini effektiv şəkildə idarə etmək və təşkilat daxilində tətbiq olunan digər idarəetmə sistemləri ilə uğurla inteqrasiya etmək;
  • İdarəetmə sistemi standartlarının (MSS) tələblərinə riayət edilməsini təmin etmək;
  • İdarəetmə sistemi standartları üzrə hesabatların təqdim edilməsi və qiymətləndirilməsi üçün məlumat toplama prosesinə cəlb olunmaq;
  • Təşkilat daxilində idarəetmə sistemi standartları siyasətləri və digər müvafiq tələblər barədə məlumatlı olmaq, onların başa düşülməsini və lazımi ünsiyyətin olmasını təmin etmək üçün metodlar həyata keçirmək;
  • Daxili, xarici auditin planlaşdırılması, hesabatın təqdim edilməsi və sonrakı tədbirlərlə bağlı daxili audit qrupunun üzvü kimi keyfiyyət təminatı üzrə baş mütəxəssislə əməkdaşlıq etmək;
  • Keyfiyyətlə bağlı sənədlərin (siyasət, məqsədlər, proseduralar, iş təlimatları, formalar və s.) işlənib hazırlanması və nəzərdən keçirilməsinə dəstək olmaq;
  • Müvafiq olaraq təşkilati prosedurları, iş təlimatlarını nəzərdən keçirmək və şərh etmək.

Tələblər

  • Təhsil: Müvafiq sahə üzrə bakalavr və ya magistr təhsili (texniki elmlər, biznesin idarəolunması, layihələrin idarəolunması və s.);
  • Təcrübə: Keyfiyyətin idarəolunması ilə bağlı oxşar vəzifələrdə 3 il (neft-qaz sənayesində olması üstünlükdür);
  • Dil bilikləri: İngilis dili biliyi mükəmməl səviyyədə olmalı;
  • Kompüter bacarıqları: Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook);
  • Keyfiyyət təminatı üzrə sertifikatın olması üstünlükdür;
  • Keyfiyyət təminatı terminləri, metodları və vasitələri üzrə bilik;
  • İdarəetmə sistemləri üzrə daxili auditlərin planlaşdırılması, keçirilməsi, hesabat olunması və izlənilməsi;
  • İdarəetmə sistemi standartlarını (ISO 9001, ISO 14001, ISO 45001, ISO 17025) yaxşı başa düşmək və şərh etmək;
  • ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 standartlarından hər hansı biri üzrə baş auditor sertifikatı;
  • Dəyişən təşkilati və əməliyyat tələbatlarına uyğunlaşma bacarığı;
  • Çoxsaylı tapşırıqları eyni zamanda idarə etmək qabiliyyəti;
  • Komanda daxilində çoxsaylı funksional bölmələr və ixtisaslaşma sahələri üzrə yaxşı işləmək qabiliyyəti; 
  • Güclü müşahidəçi və detallara qarşı diqqətcil olmaq qabiliyyəti;
  • Həm şifahi, həm də yazılı şəkildə yaxşı ünsiyyət qurmaq bacarığı; 
  • Tədbirli və təşəbbüskar olmaq qabiliyyəti.
  • Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər.