STP Global Cable

Keyfiyyət təminatı üzrə böyük mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Sumqayıt, Azərbaycan
01.04.24 - 01.05.24

İş haqqında məlumat

  • Departamentin fəaliyyətlər üçün beynəlxalq standartlara uyğun olaraq keyfiyyətin idarə edilməsi ilə bağlı metodoloji prosedurların, təlimatların, iş axını diaqramlarının və müvafiq iş formalarının hazırlanması, yenilənməsi və təkmilləşdirilməsi;
  • Keyfiyyət menecmenti sistemi üzrə beynəlxalq standartlara və daxili prosedurlara uyğunluğu ölçmək üçün audit cədvəllərinin təşkili, auditlərin aparılması və auditlərin təşkilinin təmin edilməsi və aşkar edilmiş uyğunsuzluqların izlənməsi;
  • Keyfiyyətin İdarəetmə Sisteminin tələb olunan bütün proseslərinin qurulmasına dəstək və təkmilləşməsində yaxından iştirak etmək;
  • Keyfiyyət İdarəetmə Sisteminin tələbləri istiqamətində risk və imkanların idarə olunması prosesini koordinasiya etmək;
  • Təsdiq edilmiş plana uyğun auditlərin keçirilməsində iştirak etmək, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərin icrasına nəzarət edilməsi və onların səmərəliliyinin qiymətləndirilməsi üzrə hesabatları hazırlamaq;
  • Rəhbərliyin təhlili üçün tələb olunan məlumatların toplanması və müvafiq təhlilin təşkil olunmasına dəstək;
  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 08:00 – 17:00;
  • İş yeri: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Tələblər

  • Təhsil: Ali təhsilli olmalı;
  • Təcrübə: Sahə üzrə minimum 3 il iş təcrübəsinə malik olmalı;
  • Dil bilikləri: Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yaxşı səviyyədə bilməli;
  • Kompüter bacarıqları: MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib olmalı;
  • Stresə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • İSO 45001:2018, İSO 14001:2015 standartları üzrə baza bilikləri olmalıdır;
  • İSO 9001:2015 üzrə lead auditor sertifikatı olmalı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar