Bakı,
Azərbaycan
22.08.23
-
21.09.23
İş haqqında məlumat
- Portfeldəki hər bir markanın fəaliyyətinə nəzarət etmək;
- Bazar ehtiyaclarına uyğun olaraq müvafiq kateqoriya üzrə məhsul tələbatını idxal və ya yerli tədarükçü vasitəsilə təmin etmək;
- İdxal sifarişləri zamanı məhsulların bazar şərtlərinə uyğun qiymət indeks hesablanmasını aparmaq;
- İdxal prosesi zamanı məhsulların zamanında mərkəz anbara alınması və mağazalara göndərilməsinə nəzarət etmək;
- Mağazalar arasında mübadilə əməliyyatını təşkil və idarə etmək, A-Mövsüm ehtiyatlarını tələbata görə dərinlik baxımından qorumaq və lazım olduqda yenidən sifariş etmək, mağazalara planlaşdırılan tədarüklər barədə məlumat vermək;
- Ümumi iş strategiyası və illik büdcə prosesinə töhfə vermək , KPI-lara nail olunması və qoyulan hədəflərin şirkətin plan və büdcəsinə uyğunluğunu təmin etmək;
- Təchizatçının ödəniş şərtləri, endirim və yenidən qiymətləndirmələrlə bağlı proseslərin icrası zamanı şirkətin digər əlaqədar strukturları ilə əməkdaşlıq etmək;
- Verilmiş sifarişlər üçün daxili Satınalma Sifarişlərini (PO) hazırlamaq və sistemə yerləşdirmək; sistemdə (əsas məlumatlar) məhsulun spesifikasiyasını yoxlamaq, məhsul kartını doldurmaq və düzəliş etmək;
- Mövsümi endirim planlarının yaradılmasına kömək etmək;
- Qəbul olunmuş ehtiyat məhsulların keyfiyyətini qiymətləndirmək və hər hansı uyğunsuzluqları təchizatçılar və rəhbərliyə bildirmək;
- Fərdi mağazaların, rəqiblərin həftəlik, aylıq bazar ziyarətləri, habelə rəqiblərin fəaliyyətini izləmək və hesabat vermək;
- Kateqoriyalar üzrə məhsulların mağazalarda təlimatlara uyğun şəkildə yığılmasına və təqdim olunmasına nəzarət etmək;
- Sorğu və tələblərə əsasən həftəlik, aylıq, illik hesabatları marka tərəfdaşlarına təqdim etmək.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq sahə üzrə ən az 2 il;
- Dil bilikləri: İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır;
- Kompüter bacarqları: MS Excel biliyi-yüksək səviyyədə;
- Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmə bacarığı;
- Kosmetika və baxım kateqoriyasından məsul olacağı üçün xanım namizədlərə üstünlük veriləcək.
İnzibati, Biznes, İdarəetmə
Ticarət