Azərbaycan Dəmir Yolları

Kassir-nəzarətçi

Ə/h razılaşma ilə 974
Tam iş günü
Sumqayıt, Azərbaycan
17.05.24 - 16.06.24

İş haqqında məlumat

  • Qayda və təlimatların tələbinə uyğun şəhərətrafı sərnişin kartlarının satışını və geri qaytarılmasını həyata keçirmək; 
  • Müəyyən olunmuş qaydada pul vəsaitini, ciddi hesabat blanklarını qəbul etmək, saxlamaq və təhvil vermək; 
  • Qurğu və avadanlıqların işinə nəzarət etmək, onları saz vəziyyətdə saxlamaq, kart satışından əldə olunmuş pul vəsaitini inkassatora təhvil vermək; 
  • Sərnişinlərdən tərtib olunmuş biletə görə pul vəsaitlərini qəbul etmək və geri qaytarılan biletlərə görə sərnişinlərə pul vəsaitini qaytarmaq; 
  • Növbə ərzində əldə olunan pul vəsaitinin, ciddi hesabat blanklarının, qiymətli materialların qorunub-saxlanılmasını, toxunulmazlığını, mühafizəsini təmin etmək; 
  • Müvafiq qanunvericiliyin, bilet satışı texnologiyasının tələblərinə əməl etmək.

Tələblər

  • Sərnişin, baqaj və yük-baqajın daşınması qaydaları, iş vəzifələrini yerinə yetirmək üçün lazım olan səviyyədə dəmir yollarının sxemi, sərnişin qatarı hərəkət marşrutları, hərəkət cədvəli, sərnişin vaqonlarında yerlərin yerləşmə sxemi; 
  • Bilet satışından əldə edilən pul vəsaitlərinin qəbulu, saxlanması və təhvil verilməsi qaydası; 
  • Ofis avadanlıqlarından və fərdi kompüterlərdən istifadə qaydaları, yerinə yetirdiyi işlərə dair normativ sənədlər və metodiki materiallar.
  • Vakansiya ilə maraqlanan şəxslər https://career.ady.az/Vacancy/Get?id=4888#vp linkinə keçid edərək müraciət edə bilər.


Elanın müddəti bitmişdir