Bakı,
Azərbaycan
17.10.23
-
16.11.23
İş haqqında məlumat
- Əməliyyatların vaxtında, əhatə dairəsi və nəzərdə tutulmuş büdcəyə müvafiq olaraq icra edilməsinin təmin olunması;
- Şirkətin ümumi məqsədlərinə və bazar tendensiyalarına uyğun olaraq karqo layihəsi üçün hərtərəfli strateji planlar hazırlanması və icra edilməsi;
- Əməliyyat maneələrini və təkmilləşdirilməsi lazım olan sahələrin müəyyən edilməsi;
- Səmərəliliyin artırılması və prosesləri sadələşdirmək üçün strategiyalar hazırlanması və həyata keçirilməsi;
- İnkişaf və layihə gedişatını izləmək üçün tədbirlər planının hazırlanması;
- Müvafiq yoxlama üsullarından istifadə edərək, layihənin əhatə dairəsi, icra olunma müddəti və layihə xərclərindəki dəyişikliklərin idarə olunması;
- Layihələrin məqsədəuyğun icrası üçün əlaqələrin qurulması;
- Yüklərin sənaye standartlarına və qaydalarına uyğun olaraq idarə olunmasını, saxlanmasını və daşınmasını təmin etmək üçün keyfiyyətə nəzarət tədbirlərini həyata keçirilməsi və tətbiq edilməsi;
- Layihə çərçivəsində yarana biləcək riskləri müəyyən etmək, qarşısını alınması üçün tədbirlər planı hazırlanması və tətbiq edilməsi;
- Ondan asılı olan layihə və ya layihələrin baş planı, büdcə və iş proqramlarının hazırlanması, lazım olduğu təqdirdə təftiş edilməsi;
- Gündəlik hesabatların hazırlanması və rəhbərliyə çatdırılmasını təşkil etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
- Korporativ nömrə ilə təmin olunma;
- İş qrafiki: 5 günlük;
- İş yeri: Baş ofis, Bakı şəh., Üzeyir Hacıbəyli 72.
Tələblər
- Təhsil: Ali (Menecment, biznesin idarə edilməsi);
- Təcrübə: Karqo şirkətlərində idarə etmə üzrə minimum 2 il;
- Dil bilikləri: Azərbaycan dili biliyi səlis (Rus və ingilis dili biliyi üstünlükdür);;
- Əla ünsiyyət və təqdimat bacarığı;
- Analitik düşüncə, nəticəyönümlülük və problem həll etmə bacarığı;
- Ünsiyyətcillik, komandada işləmə və liderlik bacarıqları;
- Sənədlərin idarə edilməsi və layihə idarəetmə vasitələrindən istifadə etmək bacarığı.
Nəqliyyat və logistika
Logistika