Biləsuvar,
Azərbaycan
15.05.23
-
14.06.23
İş haqqında məlumat
- Rəhbərliyin göstərişi ilə məktublar hazırlamaq;
- Korrespodensiyanı qəbul etmək, qeydiyyatdan keçirmək və müvafiq bölmələrə göndərmək;
- İcra olunmuş sənədləri ünvanlarına yola salmaq;
- Alınmış və yola salınmış korrespondensiyanın uçotunu aparmaq, cari arxivin sənədlərini sistemləşdirmək və mühafizə etmək;
- Daxil olmuş və göndəriləcək korrespondensiyanın vaxtlı-vaxtında emalını, onların yerlərə çatdırılmasını təmin edir, müntəzəm olaraq sənədlərin icra müddətlərinə və düzgün rəsmiləşdirilməsinə nəzarət edir;
- Sənədli materialların qəbulu, o cümlədən rəhbərliyin sərəncam və əmrlərinin qeydiyyatının aparılması və müvafiq struktur bölmələrinə verilməsini təşkil edir;
- Xidməti sənədlərin çap olunmasını və çoxaldılmasını təmin edir;
- Rəhbərliyin çağırdığı müşavirələrin hazırlanmasında, onlara texniki xidməti təşkil edir və qeydiyyatını aparır;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsində, ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak edir;
- Müəssisədə arxiv işinin təşkili və aparılmasına rəhbərlik edir;
- Müəyyən olunmuş qaydaya müvafiq olaraq sənədlərin qəbulunu, qeydiyyatını, sistemləşdirilməsini, mühafizəsini və istifadə olunmasını təmin edir;
- Arxiv sənədlərində olan məlumatlar əsasında lazımi arayışların hazırlanmasını təşkil edir, müəyyən olunmuş hesabatı tərtib edir;
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirir.
Tələblər
- Təhsil: Ali və ya orta ixtisas;
- Təcrübə: 1 il;
- Dil bilikləri: Azərbaycan dili, digər dil biliklərinə üstünlük verilir;
- Kompüter bacarıqları: MS Office proqramları bilikləri və 1C proqramı;
- Şifahi və yazılı ünsiyyət bacarıqları;
- AR Əmək Məcəlləsinin əsaslarını bilmək;
- Müəssisə, idarə və təşkilatlarda kargüzarlığın aparılmasına dair normativ sənədlərin tələblərini bilmək;
- Kargüzarlığın vahid dövlət sisteminin əsasları;
- Təşkilati göstəriş sənədlərinin vahid şəkilə salınmış sistem stantdartları;
- Müəssisə, idarə və təşkilatların və onların bölmələrinin strukturu;
- Daxili əmək intizamı qaydaları.
İnsan resursları
Peşəkar xidmətlər