Bakı,
Azərbaycan
17.04.24
-
17.05.24
İş haqqında məlumat
- "Azneft" İB-nin strukturuna daxil olan təşkilatlarda əsas səmərəlilik göstəricilərinin (ƏSG), komanda və fərdi hədəflərin formalaşdırılmasında iştirak etmək;
- SAP BRP sistemində GRC modulunda istifadəçilərin (HR modulu üzrə) səlahiyyətlərinin yaradılması zamanı ortaya çıxan risklərin azaldılması istiqamətində müvafiq tədbirlər görmək;
- Qiymətləndirmə nəticələri ilə bağlı narazı olan işçilərin müraciətlərinin araşdırılması və problemin həlli üçün rəhbər şəxslərlə görüşlər təşkil etmək;
- Səriştəliliklərin qiymətləndirilməsinin təşkili və qiymətləndirmə prosesinin vaxtında başa çatdırılması ilə bağlı zəruri tədbirləri həyata keçirmək;
- Azneft" İB üzrə səriştəliklərin qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq təşkilati ehtiyacların müəyyənləşdirilməsində iştirak etmək;
- İşçilər üçün fərdi hədəflərin və Əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsində iştirak etmək;
- İşçilərin karyera inkişafının planlaşdırılması prosesində və prosesin effektivliyinin yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlərin təşkilində iştirak etmək;
- Mühəndis İnkişaf Proqramının təşkilini və tətbiqini həyata keçirmək. Bununla bağlı zəruri hesabatları təqdim etmək;
- Səlahiyyətləri çərçivəsində "Azneft" İB üzrə mövcud olan vakansiyaların idarə edilməsini həyata keçirmək;
- Mövcud vakansiyaları təhlil etdikdən sonra onların mövcud bazalar hesabına komplektləşdirilməsini həyata keçirmək;
- Mövcud bazalar hesabına komplektləşdirilməsi mümkün olmayan vakansiyaların müsabiqəyə cəlb olunmasını təmin etmək;
- İnsan resursları departamentinin qaynar xəttinə gələn zəngləri cavablandırmaq;
- Rəhbərlik tərəfindən müəyyən edilmiş digər funksiyaların icrasını təşkil etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət etmək.
Tələblər
- Azərbaycan Respublikasının Əmək qanunvericiliyini;
- İşçilərin attestasiyasının keçirilmə qaydalarını;
- Kadrlara olan cari və perspektiv tələbatın müəyyənləşdirilməsi qaydalarını;
- Personalın qiymətləndirilməsinin metod və sistemini;
- Səriştəliklərin idarə edilməsinin metod və sistemini;
- Effektivliyin idarə edilməsinin metod və sistemini;
- Davamçıların planlaşdırılmasının metod və qaydalarını;
- Fərdi hədəflərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarını;
- Namizədlərin cəlb edilməsinin metod və üsullarını;
- Kompüter, rabitə və kommunikasiya vasitələrindən istifadəni;
- Kargüzarlıq, sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.
- Vakansiya ilə maraqlanan şəxslər https://careers.socar.az/sap/bc/webdynpro/sap/hrrcf_a_applwizard?PARAM=cG9zdF9pbnN0X2d1aWQ9OEVEQjg1RkJEQzAyMUVERUJFRkVBQjM3ODg0NjgwMkM%3d&sap-wd-configid=ZHCM_WDC_RCF_APPLWIZARD_DEF&sap-theme=sap_bluecrystal&sap-client=600&sap-language=AZ&SAP-THEME=sap_bluecrystal# linkinə keçid edərək müraciət edə bilər.
İnsan resursları
Neft və qaz