Baku Electronics

Kadr kargüzarlığı üzrə qrup rəhbəri

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
11.09.23 - 11.10.23

İş haqqında məlumat

  • Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi ilə əlaqədar müvafiq sənədləşmə prossesinin təmin edilməsi;
  • Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərin düzgünlüyünün yoxlanılması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qorunmasının təmin edilməsi;
  • Əmək müqaviləsinin İşəgötürən və işçi tərəfindən ləğv edilməsi, müddətinin uzadılması və əmək müqaviləsində digər dəyişikliklərin icrası zamanı müvafiq sənədləşmə prossesinin həyata keçirilməsi;
  • Əmək müqaviləsi, əmr, və digər rəsmi sənədlərin uçotunun aparılması, sənədlərin saxlanılmasının təmin edilməsi;
  • İşçilərin əmək fəaliyyəti haqqında sənədin, müvafiq haqq-hesab sənədlərinin tərtib olunması;
  • İşçi müraciətinə əsasən arayış, xasiyyətnamə və s. tərtib edilməsi;
  • Kadr kargüzarlığına aid bütün növ əməliyyatların Əmək və Məşğulluq altsisteminə - ƏMAS daxil edilməsi və dəyişikliklər aparılmasının təmin edilməsi;
  • Əməyin ödənilməsi normaları üzrə müvafiq sənədləşmənin həyata keçirilməsi;
  • İşçilərə qanunvericilikdə nəzərdə tutulmuş hallarda təminatların verilməsinə dair müvafiq sənədləşmənin həyata keçirilməsi;
  • Mükafatlandırılma, əmək və icra intizamının pozulmasına dair intizam tənbehinin verilməsi prossesinin tənzimlənməsi;
  • Maddi məsuliyyət və onun həlli yolları üzrə sənədləşmənin həyata keçirilməsi;
  • Kadr kargüzarlığına dair aylıq, rüblük, illik hesabatların hazırlanması və təqdim edilməsi;
  • İş vaxtının növləri və tənzimlənməsi, iş vaxtının rejimi, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarından istifadəsinin tənzimlənməsi.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Kadr kargüzarlığı sahəsində 1-3 il;
  • Kompüter bacarıqları: MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsini əla səviyyədə bilmək;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli.


Oxşar vakansiyalar