Bakı,
Azərbaycan
29.08.23
-
28.09.23
İş haqqında məlumat
- Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi ilə əlaqədar müvafiq sənədləşmə prossesinin təmin edilməsi;
- Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərin düzgünlüyünün yoxlanılması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qorunmasının təmin edilməsi;
- Əmək müqaviləsinin İşəgötürən və işçi tərəfindən ləğv edilməsi, müddətinin uzadılması və əmək müqaviləsində digər dəyişikliklərin icrası zamanı müvafiq sənədləşmə prossesinin həyata keçirilməsi;
- Əmək müqaviləsi, əmr, və digər rəsmi sənədlərin uçotunun aparılması, sənədlərin saxlanılmasının təmin edilməsi;
- İşçilərin əmək fəaliyyəti haqqında sənədin, müvafiq haqq-hesab sənədlərinin tərtib olunması;
- İşçi müraciətinə əsasən arayış, xasiyyətnamə və s. tərtib edilməsi;
- Kadr kargüzarlığına aid bütün növ əməliyyatların Əmək və Məşğulluq altsisteminə - ƏMAS daxil edilməsi və dəyişikliklər aparılmasının təmin edilməsi;
- Əməyin ödənilməsi normaları üzrə müvafiq sənədləşmənin həyata keçirilməsi;
- İşçilərə qanunvericilikdə nəzərdə tutulmuş hallarda təminatların verilməsinə dair müvafiq sənədləşmənin həyata keçirilməsi;
- Mükafatlandırılma, əmək və icra intizamının pozulmasına dair intizam tənbehinin verilməsi prossesinin tənzimlənməsi;
- Maddi məsuliyyət və onun həlli yolları üzrə sənədləşmənin həyata keçirilməsi;
- Kadr kargüzarlığına dair aylıq, rüblük, illik hesabatların hazırlanması və təqdim edilməsi;
- İş vaxtının növləri və tənzimlənməsi, iş vaxtının rejimi, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarından istifadəsinin tənzimlənməsi.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Kadr kargüzarlığı sahəsində 1-3 il;
- Kompüter bacarıqları: MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür;
- Azərbaycan Respublikası Əmək Məcəlləsini əla səviyyədə bilmək;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli.
İnsan resursları
Maşınqayırma və elektronika