Azersun Holding

İxracat satış və əməliyyat departamenti mütəxəssisi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
27.03.23 - 26.04.23

İş haqqında məlumat

  • Satışla  bağlı  iş əlaqələri  olan  ölkələrdə yeni müştərilərin axtarılması;
  • Müştəri məmnuniyyətinin ölçülməsi, bazara nəzarət, satışların artırılması;
  • Ehtiyac olan məhsulların gələcəkdə ixrac edilə bilməsi üçün xarici ölkələrin müvafiq qurumları üzərindən qeydiyyatdan keçirilməsi, satış icazəsinin alınması;
  • Xarici ölkələrdə müəssisəni təmsil etmək (sərgilər, eləcə də digər rəsmi ve qeyri rəsmi tədbirlər);
  • Mövcud və potensial ixracat bazarın dəyərləndirilməsi və potensial müştərilərlə rəsmi görüş və təqdimatların edilməsi;
  •  Distributor və müştərilərə verilən məhsulların tükənməsinə  və anbarlarda yığılıb qalmasına  nəzarət edilməsi  üçün daimi  əlaqələrin   saxlanılması və bu  hallarının qarşısının alınması;
  •  Müştərinin ilkin sifarişindən, məhsulun xarici ölkədə market, bazar və yaxud topdan satış marketlərinə  çatmasına qədər bütün məsələlərin izlənməsi və müştəriyə hər bir məsələdə dəstəyin verilməsi;
  •  İxracat departamentinin işlədiyi ölkələrin mövsümə bağlı məhsul sifarişlərinin minimum 3 ay əvvəlcədən istehsalını  təmin edilməsi;
  • Logistika şəraitini nəzərə almaqla sifarişlərin vaxtında çatdırılması üçün vaqon, maşın və konteyner sifarişlərinin zamanında logistika bölümünə çatdırılması.

Tələblər

  • Beynəlxalq ticarət və beynəlxalq satış əməliyyatları, incoterms;
  • İdxal-ixrac əməliyyatları, gömrük və logistika qanunları;
  • Sahənin fəaliyyətini tənzimləyən normativ aktları və rəhbərliyin əmr, qərar və sərəncamlarını;
  • Respublikanın və xarici ölkələrin aidiyyəti sahə üzrə qabaqcıl təcrübəsini;
  • İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını;
  • Əmək qanunvericiliyinin əsaslarını bilməlidir.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar