Veysəloğlu Şirkətlər Qrupu

İT xidmətlərin idarəedilməsi şöbə müdiri

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
13.11.23 - 13.12.23

İş haqqında məlumat

  • Şöbə əməkdaşlarına metodoloji köməklik göstərmək;
  • Şöbə əməkdaşlarına verilən tapşırıqları yerinə yetirmək üçün iş bölgüsünü aparmaq;
  • Cəlb olunduğu layihələrdə şöbənin cavabdehlik daşıdığı məsələləri koordinasiya etmək;
  • Şirkətdə İT layihələrin həyata keçirilməsində iştirak etmək;
  • Zəng mərkəzi operatorlarının iş yükünün bölüşdürülməsinə nəzarət etmək;
  • Proqram təminatlarında yaranmış sistem xətalarının səbəblərinin araşdırılması və aradan qaldırılması işini təşkil etmək;
  • Proqram təminatına funksional tələblərin formalaşdırılmasını təşkil etmək;
  • İstifadəyə uyğun mövcud həllər və texnologiyaların təhlilini həyata keçirmək;
  • Şöbənin iş axışının şirkətin qəbul edilmiş standart, qayda və prosedurlarına uyğun təşkilini təmin etmək;
  • Şöbə əməkdaşlarının vəzifə təlimatına əsasən funksiyalarının icrasına nəzarət etmək;
  • Şöbə əməkdaşlarının təlimini, maarifləndirilməsini və peşəkarlıqlarının artırılmasını təşkil etmək.

Tələblər

  • Təcrübə: 3 ilə qədər rəhbər vəzifədə;
  • Kompüter bacarıqları: MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Dil bilikləri: Yüksək səviyyədə ingilis dili biliyi, rus dili arzuolunandır;
  • Sorğu sistemləri ilə yüksək səviyyədə işləmək və konfiqurasiya etmək bacarığı;
  • Çağrı mərkəzi sistemlərinin qurluşu və işin əsasları haqqında bilik;
  • Əməliyyat sistemləri, proqram təminatları, şəbəkə texnologiyaları üzrə anlayışlar;
  • Beynəlxalq İT standartları üzrə biliklər (ITIL v4, ITSM və s.);
  • Strateji düşünmə və analitik təhlil bacarığı
  • Planlaşdırma, təşkiletmə və nəzarət etmə vərdişləri;
  • Problemi həlletmə bacarığı.
  • Vakansiya ilə maraqlanan şəxslər https://job.veyseloglu.az/vac/detail?vacancyId=339 linkinə keçid edərək müraciət edə bilər.


Oxşar vakansiyalar