OMİD MMC

İT üzrə mütəxəssis

1500 - 2000 ₼
Tam iş günü
Bakı, Azərbaycan
15.03.23 - 14.04.23

İş haqqında məlumat

  • Baş ofis və  filiallar arasında informasiya axını sisteminin düzgün və təhlükəsiz qurulmasını təmin etmək;
  • Kompüterlərə nəzarət və problemlərin həlli;
  • İT avadanlıqlarının quraşdırılması və avadanlıqlarda yaranan problemlərin həlli;
  • Mövcud windows sistemləri əsasında qurulan proqram təminatlarında işləmək;
  • Serverlərdə yaranmış nasazlıqları aradan qaldırmaq;
  • Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması;
  • Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək;
  • Aktual məlumatın rezerv surətini yaratmaq, informasiya və analitik hesabatları hazırlamaq;
  • Baş ofis və filiallarda yerləşən texniki vasitələrin və şəbəkənin düzgün qurulmasını və xidmətə yararlılığını təmin etmək;
  • Baş ofis və filialların işçilərinə iş prosesində müvafiq ofis proqramlarından istifadə etməkdə texniki yardım göstərmək və işçilərə təlimlər keçmək;
  • SQL ilə toplu əməliyyatların icrası, raporların, prosedur və sorğuların yazılması;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 44.

Tələblər

  • Təhsil: Ali (informasiya texnologiyaları, kompüter mühəndisliyi istiqamətində);
  • Təcrübə: Minimum 3 il (analoji sahə üzrə);
  • Verilən tapşırıqları tez bir zamanda yerinə yetirmə bacarığı;
  • ERP proqramları ilə iş təcrübəsi;
  • Windows əməliyyat sistemlərində yüksək səviyyədə işləmək bacarığı;
  • Problemləri düzgün analiz etmək bacarığı;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • İşində məsuliyyətli, diqqətli və operativ olmaq.


Elanın müddəti bitmişdir