DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi
Ə/h razılaşma ilə
Tam iş günü
Bərdə, Azərbaycan
12.09.23 - 12.10.23

İş haqqında məlumat

  • Masaüstü kompüterlər, printerlər və digər avadanlıqlar, proqram təminatlarının quraşdırılması, sazlanması və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək;
  • Ofis daxili şəbəkənin tənzimlənməsi, problemlərin aradan qaldırılması;
  • PC və Notebook avadanlıqlarının ilkin diaqnostikası (hardware);
  • İnformasiya təhlükəsizliyinin təmin olunması;
  • Yeni avadanlıqların quraşdırılması, istifadəçinin təlimatlandırılması.

Tələblər

  • Təhsil: Ali (texniki təhsil arzu olunandır);
  • Dil bilikləri: Azərbaycan dili, ingilis dili bilikləri (texniki səviyyədə);
  • Sistemin ilkin anlayışları (AD, DHCP, DNS və s.);
  • Şəbəkənin ilkin anlayışları (OSI, TCP/IP, VLAN, Cabling Standarts);
  • İlkin virtualizasiya və bulud texnologiyaları haqqında anlayışlar;
  • Şəbəkə printerlərlə iş üzrə bilik və iş təcrübəsi;
  • Kompüter avadanlığının təmiri və montajı;
  • Elastik iş saatlarına uyğunlaşa bilən, ezamiyyəyə gedə bilmə imkanı olmalı;
  • Sürücülük vəsiqəsi üstünlükdür;
  • Comp TİA A+ və digər beynəlxalq İT sertifikatları;
  • Məsuliyyətlilik;
  • Etibarlılıq və dürüstlük;
  • İnkişafa yönümlü və innovativlik;
  • Operativlik və çeviklik;
  • Təşəbbüskarlıq və təşkilatçılıq;
  • Nəticəyə hədəfli;
  • Komanda işi.


Oxşar vakansiyalar