Kaspi Təhsil Şirkəti

İT mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
14.08.23 - 13.09.23

İş haqqında məlumat

  • Kompüterlərin və təşkilatı texnikanın daim işlək vəziyyətdə saxlanmasını təmin edir;
  • Lokal kompüter şəbəkəsinin fasiləsiz işləməsi və saz vəziyyətdə saxlanmasını təmin edir, şəbəkə və informasiya təhlükəsizliyinin inkişafı üçün ardıcıl tədbirlər görür; 
  • Videomüşahidə (CCTV) quraşdırılmasına, sazlanmasına və onlara texniki xidmət işlərinə nəzarət edir; 
  • Şirkət üzrə informasiya sistemlərinin qurulmasını, onların etibarlı və davamlı fəaliyyətini, təhlükəsizliyini və işlək vəziyyətdə saxlanmasını, dövri yenilənməsini təmin edir; 
  • Şirkətin kompüter və server avadanlıqlarında istifadə olunan ümumi təyinatlı proqram təminatının işlək vəziyyətdə saxlanmasını və onun dövri yenilənməsini təmin edir;
  • İnformasiya sistemlərinin istismarı ilə əlaqədar mütəmadi olaraq monitorinqlər və təhlillər aparır, həmin məsələlərin həlli üzrə təkliflər hazırlayır, aşkar edilən problem və nasazlıqları aradan qaldırır;
  • Şirkətin informasiya sistemlərindən fasiləsiz istifadənin təmin edilməsi məqsədi ilə dəstək xidmətini təşkil edir;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 08:00 - 17:00;
  • İş yeri: Bakı ş., “Kaspi” Təhsil Şirkəti Bakıxanov Liseyi.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Sahə üzrə minimum 3 il;
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ingilis dili biliyi üstünlükdür);
  • Özünü inkişafa meyillilik, ünsiyyət, komandada işləmə, problem həlletmə bacarıqları.
  • Vakansiya ilə maraqlanan şəxslər https://www.kaspi.edu.az/career/ linkinə keçid edərək müraciət edə bilər.