Azprotein Foods Group

İT mütəxəssis

1000 - 1200 ₼ 255
Tam iş günü
Bakı, Azərbaycan
17.07.24 - 16.08.24

İş haqqında məlumat

  • Şirkətin bütün İT sisteminin tərtib və təşkil edilməsi, dəyişdirilməsi, eləcə də dəstəklənməsi işlərinə cavabdehdir;
  • O, həmçinin yerli və qlobal şəbəkələri, internet, intranet, PBX sistemləri və şəbəkə seqmentlərini tərtib edir, quraşdırır və dəstəkləyir;
  • Bundan başqa, yeni məhsul və xidmətlərin texniki planlaşdırılması və həyata keçirilməsi işlərində iştirak edir;
  • Bütün avadanlıqların, server resurslarının, sistemlərin və əsas proseslərin düzgün işləməsini, mövcudluğunu yoxlayaraq, sistem və tətbiqetmə məlumatlarına və məlumatların qorunması kimi gündəlik işlərin həyata keçirilməsinə nəzarət edərək gündəlik sistem monitorinqini həyata keçirmək;
  • İstifadəçilərin sorğusuna əsasən problemləri həll etmək;
  • Fərdi kompüterlərdə drayver, personal kompyuterlərin parametrləri və printerlərin quraşdırılması kimi şəbəkə komponentlərini qorumaq;
  • Fayl serverlər, VPN gateways, kənar müdaxilənin təyin edilməsi sistemləri kimi şəbəkə serverlərini qorumaq;
  • Lazım olduqda yeni xidmətlər əlavə etmək və quraşdırmaq;
  • Baş verən insidentlərin və problemlərin vaxtında həll edilməsi, qeydiyyatı;
  • Qəbul edilmiş qayda, təlimat və standartlara uyğun olaraq sistemlərin inzibatçılığının həyata keçirilməsi (patçların və yenilənmələrin quraşdırılması, monitorinqi və s.);
  • Şəbəkəyə nəzarət etmək, şəbəkə infrastrukturunun inkişafı üçün təkliflər hazırlamaq;
  • Şəbəkə təhlükəsizliyini (məlumatlara icazəsiz daxil olmaqdan, system faylları və məlumatların görünməsindən və ya dəyişdirilməsindən qorunması) və işləmə təhlükəsizliyini təmin etmək;
  • Telefoniya sisteminə nəzarət etmək və yaranan problemlərə qarşı lazımi tədbirlər görmək;
  • Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur;
  • İş qrafiki: 6 günlük;
  • İş yeri: Buzovna qəsəbəsi.

Tələblər

  • Microsoft Windows Server OS ilə bağlı biliklər;
  • Microsoft Exchange Server idarəetmə təcrübəsi;
  • Linux OS server ilə bağlı bilik və təcrübə;
  • VMware vSphere virtualizasiya sistemlərinin idarə olunmasında bilik və təcrübə;
  • Klaster virtualizasiya texnologiyalarının istismarı və dəstəklənməsi üzrə biliklər;
  • PowerShell-də skript yazma təcrübəsi;
  • Veb serverlərləri ilə (IIS, Apache, NginX) üzrə biliklər;
  • SAN sistemləri ilə iş təcrübəsi;
  • SSL\TLS üzrə biliklər;
  • Şəbəkə avadanlıqları ilə iş təcrübəsi;
  • Virtual şəbəkələrin qurulması prinsipləri məlumatlılığı;
  • Müasir server və şəbəkə avadanlığı bazarı haqqında məlumat;
  • Monitorinq sistemləri ilə işləmək bacarığı;
  • İnformasiya təhlükəsizliyinin prinsipləri və əsasları bilməsi.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar