Bakı,
Azərbaycan
15.07.24
-
14.08.24
İş haqqında məlumat
- Şirkətdə istifadə olunan avadanlıqların işində xətalar və ya sıradan çıxma halları olduqda onların bərpa olunması üçün operativ tədbirlərin görülməsi;
- Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması;
- Noutbuk, kompüter, printer və şəbəkə avadanlıqları daxil olmaqla bütün cihazların quraşdırılması və proqram təminatlarının yüklənməsi, yaranan problemlərin aradan qaldırılması;
- Əməliyyat sistemlərinin yazılması;
- İnformasiya texnologiyaları istiqamətində texniki problemlərlə bağlı daxil olan müraciətlərin qəbulu, təhlili və həllinə dəstəyin göstərilməsi;
- Avadanlıqların işçilərə təhkim olunması və təhvil-təslim aktı əsasında prosesin nizamlanması, işçi avadanlıqla səliqəsiz davrandığı zaman uyğun tədbirlərin həyata keçirilməsi ücün rəyin verilməsi;
- İT departamentinə daxil olan müraciətlərin qəbul olunması, yaranmış hardware və software problemlərinin diaqnostikası və aradan qaldırılması;
- Kompüter və şəbəkə avadanlıqları daxil olmaqla bütün cihazlara texniki qulluq edilməsi, problemlərin aşkara çıxarılaraq həll olunması;
- Ofis və struktur bölmələrində quraşdırılmış daxili mərkəzləşdirilmiş internet və şəbəkənin işlək vəziyyətdə olmasını təmin edilməsi;
- Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət edilməsi;
- Şirkətə aid obyektlər arasında, habelə obyektlər daxili şəbəkə infrastrukuruna xidmət olunması, şəbəkə administrasiyası ilə bağlı digər proseslərin icrası.
Tələblər
- Təhsil: Ali təhsil (üstünlük texniki ixtisas);
- Təcrübə: İT sahəsində 1-2 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı (rus dili və ingilis dili biliyi ünstünlükdür);
- Windows əməliyyat sistemlərinə dair biliklər və işləmək bacarığı;
- Çox tapşırıqlı iş rejimində işləmə qabiliyyəti;Şirkətin fəaliyyətində istifadə olunan sistemlərin quruluş və iş prinsiplərinin bilikləri;
- Çox tapşırıqlı iş rejimində işləmə qabiliyyəti.
İnformasiya texnologiyaları
Tikinti və təmir
Elanın müddəti bitmişdir