Agrarco

İstehsalat müdiri

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
08.04.24 - 08.05.24

İş haqqında məlumat

  • İqtisadi cəhətdən sərfəli resursların və ətraf mühitin qorunmasını, texnoloji proseslərin və müəssisə tərəfindən istehsal olunan məhsulun istehsalını, texnoloji hazırlıq və texniki cəhətdən artım səviyyəsini təmin edən işlərin (xidmətlərin) yerinə yetirilməsini və həyata keçirilməsini təşkil etmək;
  • İstehsal avadanlığı, xammal, köməkçi materialın, əmək xərclərinin azaldılması, məhsulun keyfiyyətinin, işlərin (xidmətlərin) yaxşılaşdırılmasını və əmək məhsuldarlığının artmasını təmin etmək;
  • Uyğun istehsal sahəsi üzrə istehsalatda proqressiv texnoloji proseslərin, yeniliklərin və elmi-texniki nailiyyətlərin tez bir zamanda tətbiqi üçün qərarlar qəbul etmək;
  • İstehsalın texnoloji proseslərinin və rejimlərinin düzəldilməsi məqsədi ilə texnoloji sənədlərə edilən dəyişiklik və əlavələrə baxış və təsdiqlənməsini həyata keçirmək;
  • Müəssisənin (istehsalatın) cari və perspektivdə olan texnoloji hazırlığı üzrə planlaşdırılmasına və qurulmuş texnoloji proseslərə ciddi riayət olunmasına nəzarəti, həmçinin, texnoloji intizam pozuntularının aşkar edilməsi və aradan qaldırılması üçün tədbirləri həyata keçirmək;
  • Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı verilən digər tapşırıqları icra etmək.

Tələblər

  • Təhsil: Müvafiq sahə üzrə ali təhsil;
  • Təcrübə: Texnoloq vəzifəsi üzrə minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan, rus, ingilis dillərində ünsiyyət və yazı bacarığı;
  • Kompüter bacarıqları: Microsoft Office (Word, Excel, Outlook) proqramlarını istifadə bacarığı;
  • Kənd təsərrüfatı sahəsində təcrübənin olması arzuolunandır;
  • İstehsalatın texnoloji hazırlığı üzrə normativ texniki sənədləri və metodiki materialları bilməli;
  • Ətraf mühit, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi qaydalarını və normalarını bilməli;
  • Məsuliyyətlilik, peşəkarlıq və problem analiz etmə bacarığı;
  • Şəxsi nəqliyyat vasitəsinin olması arzuolunandır.