Ayan MMC

İstehsalat mexaniki

Ə/h razılaşma ilə
Tam iş günü
Xırdalan, Azərbaycan
07.05.24 - 06.06.24

İş haqqında məlumat

  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə rəhbərlik etmək;
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy vermək və onların tətbiqinə kömək etmək;
  • Tabeçiliyində olan işçilərinə, avadanlıq və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik etmək;
  • Avadanlıqların istehsal gücünə, texniki xarakteristikasına, konstruktiv xüsusiyyətlərinə, iş rejiminə, onların istismar qaydalarına, montaj və təmir metodlarına, təlimatların tərtib edilmə qaydasın nəzarət etmək;
  • Avadanlıq və aparatların, ayrı-ayrı detal və qovşaqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aşkar etmək məqsədilə onların iş şəraitini tədqiq etmək;
  • Avadanlıqlarda baş vermiş qəzaların səbəblərinin təhqiqində, qəza və istehsalat zədələnmələrinin qarşısının alınması üzrə tədbirlərin işlənməsində iştirak etmək;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş qrafiki: 6 günlük.

Tələblər

  • Yaş: 35-55;
  • Təhsil: Ali texniki təhsil;
  • Təcrübə: Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Xırdalana yaxın ərazilərdə (Sumqayıt, Masazır, Biləcəri) ərazisində yaşayanlara üstünlük veriləcəkdir.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar