Norm ASC

İstehsalat hesabatları üzrə məmur

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
25.07.23 - 24.08.23

İş haqqında məlumat

  • İstehsal və istehlak göstəriciləri üzrə günlük, aylıq və illik hesabatların hazırlanması;
  • İstehsalat büdcə planı ilə reallaşan iş arasında fərqlər barədə açıqlamaların hazırlanması;
  • SAP məlumat bazasına istehsal və istismar olunan malların, həmçinin  yanacaq və elektrik enerji sərfiyyatı və digər fiziki parametrlərin daxil edilməsi;
  • Aylıq texniki performans iclasının təşkil edilməsi və istehsalat şöbəsinə aid təqdimatın hazırlanması;
  • SAP məlumatlar bazasındə tələb olunan sifarişlərin yaradılması;
  • İstehsal prosesindəki dayanmaların qeydiyyatı, səbəbinin araşdırılması və son hesabatın hazırlanması;
  • İstehsalat şöbəsinin büdcəsinə daxil ediləcək məlumatların xərc kateqoriyası (əməliyyat və ya kapital) üzrə ayrılması və hesabatın hazırlanması;
  • İstehsal mallarının SAP məlumat bazasında anbarındakı miqdarına nəzarət edilməsi;
  • Podratçı şirkətlərdə fəaliyyət göstərən işçilərlə əlaqədar hesabatın tərtibi;
  • Podratçı şirkətə aid işçilərin aylıq davamiyyətinin izlənilməsi və müvafiq hesabatın tərtibi;
  • Hesabat sənədlərinin müvafiq olaraq saxlanılması.

Tələblər

  • Təhsil: Ali (texniki sahədə);
  • Təcrübə: Əlaqədar sahə üzrə 1-3 il; 
  • Dil bilikləri: İngilis dilini yüksək səviyyədə bilmək;
  • Kompüter bacarıqları: MS Excel proqramı üzrə yüksək səviyyədə istifadəçi bacarığı, SAP proqramı üzrə istifadə bacarıqları arzu olunandır;
  • Müxtəlif hesabatlarla işləmə bacarığı.


Oxşar vakansiyalar