GESCO ASC

İşə qəbul üzrə mütəxəssis

Ə/h razılaşma ilə 142
Tam iş günü
Bakı, Azərbaycan
30.10.24 - 30.11.24

İş haqqında məlumat

  • İşçilərin şəxsi işlərinin formalaşdırılması;
  • Məktub və sənədlərin vaxtında cavablandırılması;
  • Kargüzarlıq işlərinin aparılması (arayışlar, məktublar, etibarnamələr və s.);
  • İşə qəbulla bağlı müvafiq materialları hazırlamaq;
  • Namizədlərlə müsahibələr aparmaq;
  • Gələcək təhlillər üçün müsahibə nəticələrinin sənədləşdirilməsi (qəbul/rədd/gözləmə və s.);
  • Ştat cədvəlinin və daxili intizam qaydalarının tərtib edilməsi;
  • İşçilərə vəzifə təlimatının izah olunması;
  • Gündəlik hesabatların hazırlanması;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş rejimi: I-V günlər 09:00 – 18:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
  • Nahar fasiləsi: 13:00-dan - 14:00-a kimi.

Tələblər

  • Ali təhsilli;
  • Müvafiq sahə üzrə ali, magistr təhsili və ya sertifikatlarının olması üstünlükdür;
  • Əmək qanunvericiliyi ilə bağlı bilik və iş təcrübəsi;
  • ƏMAS-da struktur, ştat vahidinin yaradılması və ləğv edilməsi, işə qəbul, işdən azadolma, əmək haqqı və vəzifə dəyişikliyinin işlənməsi;
  • MS Office, 1C (8.3) proqramlarında işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi nitq qabiliyyəti, ingilis və rus dillərin olması arzuolunandır;
  • Müvafiq sahədə 2 il iş təcrübəsi;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • Yüksək ünsiyyət, operativ qərar vermə və analitik düşünmə, təhliletmə qabiliyyətinə sahib olmalı.


Oxşar vakansiyalar