Bakı,
Azərbaycan
21.02.23
-
23.03.23
İş haqqında məlumat
- Cari işə qəbul prosedurlarını dəyərləndirərək onların effektivliyini və səmərəliyini artırmaq üçün gərəkli dəyişiklikləri həyata keçirmək (işin tətbiqi, “onboarding” prosesləri və s.);
- İşə qəbul mühitini analiz edərək şirkətin İR strategiyasına uyğun gələn prosedur alqoritmini hazırlamaq;
- İşə qəbul metriklərini daim nəzarətdə saxlamaq;
- Yeni mənbə metodlarından istifadə edərək işə qəbul prosesini inkişaf etdirmək (sosial işə qəbul və sair);
- İşə qəbul komandasının fəaliyyətlərinə nəzarət edərək görülən işlərin hesabatını hazırlamaq;
- İşə qəbul mütəxəssislərinə müsahibə texnikalarını inkişaf etdirə biləcəkləri mühit yaratmaq; ehtiyyac olduqda məsləhətlər verərək iş səmərəliyinin artırılmasına dəstək olmaq;
- Şirkətin bazardakı işçi brendini inkişaf etdirmək üçün İR strategiyasına uyğun təklif planları hazırlamaq;
- Department rəhbərləri ilə daimi komumikasiyada olub gələcəkdə yarana biləcək işçi ehtiyyaclarını analiz etmək;
- Cari işçi tələblərini nəzərdən keçirərək şirkətin İR strategiyalarına uyğun iş elanlarını tərtib etmək;
- Mütəmadi olaraq konfrans, seminar, iş sərgilərində və digər biznes tədbirlərində iştirak edərək geniş şəbəkələr qurub uzunmüddətli peşəkar əlaqələri inkişaf etdirmək.
Tələblər
- Təhsil: Ali (İnsan resursları istiqaməti üzrə təhsili olan və sahə üzrə beynəlxalq sertifikatlara sahib olan namizədlərə üstünlük veriləcəkdir);
- Təcrübə: İşə qəbul sahəsində ən azı 3-5 il;
- Dil bilikləri: Azərbaycan və ingilis dili -səlist, rus dili- arzuolunandır;
- Kompüter bacarıqları: MS Office (excel əla səviyyədə);
- Sosial media və digər peşəkar şəbəkələrlə professional fəaliyyət (Linkedln və s.);
- Komanda ilə işləmə bacarığı;
- Analitik düşüncə;
- Nəticəyönümlülük;
- Təşəbbüskarlıq.
- Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] mail ünvanına göndərə bilər.
İnsan resursları