Sumqayıt,
Azərbaycan
03.09.24
-
03.10.24
İş haqqında məlumat
- Zavod və Istehsalat sahələrində İşə icazə Sisteminin, aidiyyatı forma və əlaqəli prosedurların tərtibatı, inkişafı və tətbiqi.
- Təhlükəsiz iş prosedurlarını, təlimatları təyin etmək və Tapşırıq Riskinin Qiymətləndirilməsi prossesini təşkil etmək.
- Öyrənilmiş praktiki dərslərin təyini və sənədləşdirilməsi
- Zavod və Istehsalat sahələrində İşə icazə Sisteminin (PTW) fəaliyyətinin və tətbiqinin əsas əlaqəli şəxsi olmaq və dəstək vermək.
- İcraçı və nəzarət edən tərəflərlə Tapşırıq Riskinin Qiymətləndirmələrini koordinasiya etmək, uyğun təhlükələr qiymətləndirməsinin aparılmasını təmin etmək. Digər işlərlə toqquşmaların (SİMOPS) təşkil etdiyini və bu cür təhlükələrin müəyyən edildiyini və aradan qaldırılmasında həyata keçirilməsi üçün addımların atıldığını müəyyən etmək.
- Günlük İşə İcazə Koordinasiya görüşlərinin rəhbərliyini etmək. İşə icazələrin, əlavə sertifikatların, auditlərin və performans statistikalarının günlük qeydini saxlamaq.
- Müəyyən edilmiş sahələrdə rutin İşə icazə auditlərini təşkil etmək və İşə İcazə auditlərinin əsas əlaqəli şəxsi olmaq.
- İşə İcazə, sertifikat və formaların vaxtından keçmiş və ya tələb olunmuş olduğunu izləmək və tövsiyyələrin verilməsi.
- İşə İcazə prosesini və sistemini təkmilləşdirmək üçün yollar axtarmaq və təkliflərin verilməsi.
- İşə İcazə hesabatları və statistikalarını hazırlamaq.
- Rəhbərlik tərəfindən namizəd göstərildikdə İşə İcazə auditlərinə, hadisələrin tətqiqatında və təhlilatlarına iştirak etmək.
Tələblər
- Texniki mühəndislik sahəsi üzrə bakalavr təhsili
- Neft və qaz sənayesində 5 il İşə İcazə sistemi sahəsi üzrə idarəetmə təcrübəsi
- Tapşırığın Risk Qiymtələndirilməsi bacarığı
- İcraçı və nəzarət edən tərəflərlə effektiv şəkildə işləmə bacarığı
- Kritik düşünmə/qarar vermə bacarığı
- Komanda ilə işləmə bacarığı, çevik və detallara diqqətli olmaq bacarığı
- İngilis dili biliyi mükəmməl səviyyədə olmalı
- Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).
- Vakansiya ilə maraqlanan şəxslər https://socardownstream.az/az/vacancy/ise-icaze-uzre-boyuk-muhendis linkinə keçid edərək müraciət edə bilər.
İnzibati, Biznes, İdarəetmə
Neft və qaz
Elanın müddəti bitmişdir