Green City Resort & Residence

İş İcraçısı (təmir-tikinti)

Ə/h razılaşma ilə 173
Tam iş günü
Bakı, Azərbaycan
08.10.24 - 08.11.24

İş haqqında məlumat

  • Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsini və bitmiş obyektlərin texniki nəzarəti;
  • Tikinti və istismar planlarını, tikinti, quraşdırma və təmir planlarını, tikinti materiallarını, məhsul dizaynlarını, təsdiq edilmiş dizayn və sənədləri, iş təsvirləri və spesifikasiyaları standartlara və əməyin mühafizəsi normalarına uyğun həyata keçirmək;
  • Tikinti-təmir işlərinin müddətinin uzadılmasının səbəblərini və tikinti-quraşdırma işlərinin keyfiyyətinin pisləşməsinin səbəblərini tapmaq, onların qarşısını almaq və aradan qaldırmaq üçün tədbirlər görmək;
  • Tikinti-təmir quraşdırma işçilərinin (ustaların,podratçıların,subpodratçıların) işinə nəzarət etmək, istehsal planlarını tikinti planlarına uyğun olaraq komandaya və ayrı-ayrı işçilərə paylamaq, işin müddətinə və keyfiyyətinə nəzarət etmək;
  • İşçilərin istehsalat və peşə intizamına, əməyin mühafizəsi, təhlükəsizlik və yanğın təhlükəsizliyi tələblərinə uyğunluğunu izləmək.

Tələblər

  • Təhsil: İnşaat Mühəndisliyi üzrə müvafiq universitet dərəcəsi;
  • Təcrübə: Müvafiq təcrübə minimum 5 (beş) il. Normativ sənədlərin tətbiqində istifadə təcrübəsi. Təmir-Tikinti layihələrində iş təcrübəsi;
  • Bacarıqlar: İnşaat və mühəndislik planlarını və detallarını oxumaq və tam olaraq anlamaq;
  • Əmək haqqı təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur;
  • İş rejimi: 6 günlük, bazar günü istirahət günüdür;
  • Nahar,telefon və servis xidməti (iş yerinə aparıb gətirmə) şirkət tərəfindən qarşılanır.


Oxşar vakansiyalar