Ricon MMC

İş icraçısı

1500 - 2000 ₼
Tam iş günü
Bakı, Azərbaycan
06.09.23 - 06.10.23

İş haqqında məlumat

  • Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;
  • Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin edir;
  • Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir;
  • Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir;
  • Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır;
  • Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin edir;
  • İnşaat maşınlarına: nəqliyyat, mexanizasiya vasitələrinə, materiallara, detallara, alətlərə, əşyalara sifarişlər tərtib edir və onların səmərəli istifadəsini təmin edir;
  • İşlərin istehsalat layihəsinə uyğun işlərin yerinə yetirilməsini təmin edir;
  • İşlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlayır;
  • Üstü örtülü işlərə aid aktları tərtib edir və texniki icra sənədlərini hazırlayır;
  • İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak edir;
  • İş yerlərinə, sanitar-məişət otaqlarına, sahənin ərazisinə kənar adamların daxil olmasına icazə vermir;
  • Mehriban komanda;
  • Perspektivli iş şəraiti;
  • Şirkətin digər benefitləri;
  • İş qrafiki: 6 günlük.

Tələblər

  • Təhsil: Ali (inşaat üzrə);
  • Təcrübə: Tikinti sahəsində ümumi olaraq 5 ildən yuxarı;
  • Kompüter bacarıqları: MS Office (Word, Excel), AutoCad proqramlarını bilməli;
  • İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
  • Yüksək səviyyədə analitik-riyazi biliklər;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • İnşaat norma və qaydalarını bilməlidir.


Oxşar vakansiyalar