ArchiCO

İş icraçısı

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
02.08.23 - 01.09.23

İş haqqında məlumat

  • Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik edir;
  • Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planının və tikinti quraşdırma işlərinin cəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini təmin edir;
  • Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsinin təmin edir;
  • Tikinti maşınları, nəqliyyat və mexaniki vasitələrin, materiallar, konstruksiyalar, detallar (hissələr), alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlanması və onlardan səmərəli istifadə olunmasını təmin edir;
  • Görülmüş işlərin uçotunun aparılmasını, texniki sənədləşməni tərtib edir;
  • Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir;
  • Subpodrat təşkilatlar üçün iş sahəsi hazırlanması və onlardan görülmüş işin qəbul olunmasında iştirak edir;
  • Ustalar üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir;
  • Texnoloji ləvazimatların tikinti maşınları, enerji qurğuları, nəqliyyat vasitələri və işçilərin qoruyucu vasitələrinin təyinatına uyğun istifadə edilməsini təmin edir;
  • İş yerlərinə, sanitar-məişət otaqlarına, sahənin ərazisinə kənar adamların daxil olmasına icazə vermir;
  • İş yerlərində, keçid və magistrala çıxan yollarda təmizliyə və qayda-qanuna riayət edilməsinə nəzarət edir;
  • Obyektyanı anbar təsərrüfatında qiymətli materialların qorunmasın təşkil edir;
  • Hər gün işə başlamazdan əvvəl, təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar olunmuş nöqsanların aradan götürülməsi üçün tədbirlər görür, müntəzəm olaraq fəhlələrlə təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarının pozulmasının araşdırmaları haqqında söhbətlər aparır;
  • Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət edir.

Tələblər

  • Təhsil: Ali (inşaat mühəndisliyi üzrə);
  • Təcrübə: Tikintidə 5 il, rəhbər vəzifədə 5 ildən az olmayan iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Office, AutoCad və internet ilə işləmə bacarığı;
  • Dil bilikləri: İngilis və ya rus dili bilikləri;
  • Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması.


Oxşar vakansiyalar