Azerconnect LLC

İR üzrə data və büdcə monitorinqi üzrə kiçik mütəxəssis

Ə/h razılaşma ilə 232
Tam iş günü
Bakı, Azərbaycan
26.01.24 - 25.02.24

İş haqqında məlumat

  • İnsan Resursları hesabatlarını, onların  ölçmə və izləmə vasitələrini yaratmaq;
  • Müxtəlif ünsiyyət vasitələri və platformalar vasitəsilə əsas maraqlı tərəflər üçün İR hesabatlılıq prosesini hazırlamaq;
  • İR daxili görüşlərinin təşkilatçılığını etmək, iclas protokollarının izləmək;
  • İnsan Resursları rəhbərliyinə layihə planlarının və görüşlərdə müzakirə olunan mövzuların icrası ilə əlaqədar hesabat vermək;
  • İnsan Resursları ilə birlikdə layihələrin idarə edilməsi standartlarına uyğun olaraq layihələrin koordinasiyasını və təşəbbüslərin  planlaşdırmasını həyata keçirmək;
  • İnsan resursları layihə və təşəbbüslərinin hazırlanması, koordinasiyası və icrasına dəstək olmaq;
  • Təyin olunmuş proqramlar, layihələr və təşəbbüslər üçün büdcənin idarə olunmasında dəstək olmaq;
  • İcra olunan iş yükünü, çətinlikləri, riskləri və təklif olunan dəyişiklikləri analiz etmək;
  • İRBT-lərlə işçi sayının planlaşdırılması ilə bağlı müzakirələri aparmaq;
  • İllik işçi sayını (iş gücü planını) və İR büdcə məlumatını hazırlamaq;
  • İnsan Resursları (işçi) xərcləri ilə bağlı məlumatların monitorinqini həyata keçirmək;
  • Daxili İR hesabatlar hazırlamaq (aylıq, rüblük, illik);
  • İR və təşkilati səviyyələrdə layihələrdə iştirak etmək;
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi, yazılı tapşırıqları icra etmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.

Tələblər

  • Təhsil: Ali (İnsan Resursları və ya maliyyə üzrə bakalavr və ya magistr dərəcəsinə üstünlük verilir);
  • Təcrübə: Böyük məlumat bazası ilə iş təcrübəsi ən az 1 il;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, yaxşı səviyyədə rus dili biliyinə üstünlük verilir;
  • İnsan Resursları sahəsində iş təcrübəsi və HR təcrübələrini yaxşı başa düşmək;
  • Analitik düşünə bilmək;
  • Maliyyə üzrə biliklər; 
  • Təsiretmə;
  • Maraqlı tərəfləri idarə edə bilmə;
  • Moderatorluq.
  • Vakansiya ilə maraqlanan şəxslər https://fa-emfh-saasfaprod1.fa.ocs.oraclecloud.com/hcmUI/CandidateExperience/en/sites/CX_1007/job/859/share/300000175945169?utm_medium=jobshare linkinə keçid edərək müraciət edə bilər.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar