Bakı,
Azərbaycan
23.10.23
-
22.11.23
İş haqqında məlumat
- İR üzrə proqramları, prosedurları və xidmətləri həyata keçirmək üçün funksional bölmə rəhbərləri ilə əməkdaşlıq etmək;
- İşçi qüvvəsinin planlaşdırılması və büdcəsinin hazırlanması və nəzarətini təmin etmək;
- İşə qəbul və yeni işçilərin inteqrasiyası, fəaliyyət effektivliyinin idarə edilməsi, karyera məsələləri ilə əlaqədar məsləhətləşmə, işçilərin yerdəyişməsi və digər İR üzrə proseslər, siyasətlər və prosedurlar, o cümlədən, lakin qeyd edilənlər ilə məhdudlaşmadan, İR prosesləri portfelini həyata keçirmək və müvafiq hallarda məsləhətlər vermək;
- İşə qəbul zamanı namizədlərin rəhbərlərlə müsahibə prosesi və uyğun namizədin seçilməsində iştirak etmək, seçilmiş namizədlə bağlı əmək haqqının müəyyənləşdirilməsi və iş təklifi məktubunun namizədə təqdimi və təsdiqini təmin etmək;
- Funksional bölmə rəhbərləri ilə mütəmadi görüşləri keçirmək, aylıq və ya rüblük təqdimatları təqdim etmək;
- Funksional bölmə işçiləri ilə mütəmadi görüşləri keçirmək;
- Funksional bölmələrin iş təsviri formalarının yaradılmasına nəzarət etmək;
- Performans və istedadların idarə edilməsi proseslərini həyata keçirmək;
- Funksional bölmə işçilərinin karyera planlaşdırması və idarə olunmasına dəstək vermək;
- İR üzrə yeni proyektləri həyata keçirmək.
Tələblər
- Təhsil: Ali (Müvafiq sahə üzrə bakalavr və ya magistr təhsili (Sosial elmlər və psixologiya, İnsan Resurslarının idarə edilməsi, biznesin idarə olunması, sosiologiya və s.);
- Təcrübə: İnsan Resursları sahəsində ən azı 3 il, işə qəbul və işçilərin inteqrasiyası üzrə ən azı 1 il;
- Kompüter bacarıqları: MS Office proqramları;
- Dil bilikləri: Azərbaycan və ingilis dillərində səlis yazmaq və danışmaq bacarığı;
- İR biznes tərəfdaş kimi iş təcrübəsi arzuolunandır;
- SHRM, CIPD sertifikatları arzuolunandır;
- İR biznes əməkdaşlığı modeli, fəaliyyət effektivliyinin idarə edilməsi, kadrların kvalifikasiyasının artırılması və mükafatlandırma sistemi üzrə ümumi anlayışa malik olmaq;
- SAP sistemində kadr idarəetmə modulu (SAP HCM) və SAP sistemində müvəffəqiyyət amili modulu (SAP SF) ilə işləmək bacarığı arzuolunandır;
- Mükəmməl analitik, şəxsiyyətlərarası bacarıqlar, danışıqlar aparmaq və mübahisələrin həlli üzrə bacarıqlar;
- İşləri vaxtında çatdırmaq bacarığı və iş vaxtını idarə etmək qabiliyyəti.
İnsan resursları
Neft və qaz