Daşkəsən Dəmir Filiz MMC

İnzibati işlər və nəqliyyat şöbəsinin müdiri

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
30.08.23 - 29.09.23

İş haqqında məlumat

  • Cəmiyyətin əsas inzibati binasının məqsədyönlü, səmərəli istismarını və ona gündəlik qulluğu təşkil etmək;
  • İnzibati işlər şöbəsinin tabeçiliyində olan avtonəqliyyat vasitələrinin idarəolunmasını təşkil etmək;
  • İnzibati işlər şöbəsinin tabeçiliyində olan sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsinə nəzarət etmək;
  • İnzibati işlər şöbəsinin tabeçiliyində olan avtonəqliyyat vasitələrinin texniki qulluq və təmiri sifarişlərini idarə etmək;
  • Cəmiyyətin aparatının balansında olan avtomobil təsərrüfatı işlərinin, əsas vəsaitlərin əsaslı və cari təmiri işlərinin təşkili istiqamətində müvafiq işləri təşkil etmək;
  • Cəmiyyətdə sağlamlıq və əməyin təhlükəsizliyi ilə bağlı işləri təşkil etmək;
  • Avadanlıq, inventar, material və ləvazimatlarla təchiz etmək;
  • Avadanlıqların saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
  • Cəmiyyətin əsas inzibati binasında su, istilik və elektrik enerjisi ilə fasiləsiz təminatını təşkil etmək;
  • Cəmiyyətin əsas vəsaitlərinin, azqiymətli və tezköhnələn inventarlarının və digər mal-materialın inventarlaşmasında iştirak etmək;
  • Cəmiyyətin cari və əsaslı təmiri zamanı işlərin keyfiyyətli aparılmasına nəzarət etmək, yerinə yetirilmiş təmir işlərini qəbul etmək;
  • Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarının, büdcənin hazırlanmasında iştirak etmək, təsdiq olunmuş planların icrasını təmin etmək;
  • Mədəni - kütləvi və digər tədbirləri hazırlamaq və keçirilməsində təşkilati və texniki yardım göstərmək;
  • Ezamiyyə imkanları;
  • İş qarfiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Təhsil: Ali və ya orta-ixtisas;
  • Təcrübə: Müvafiq sahəsi üzrə ən azı 5 il, idarəetmə üzrə 3 il;
  • Dil bilikləri: Azərbaycan dili və ingilis dili əla səviyyədə, rus dili yaxşı səviyyədə;
  • Kompüter bacarıqları: MS Office proqramları üzrə yaxşı səviyyədə biliklər;
  • İdarəetmə bacarıqları;
  • Komandada işləmək bacarığı;
  • İşin planlaşdırılması bacarığı;
  • Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
  • Yaradıcı və təşəbbüskar olmaq.


Oxşar vakansiyalar