Azərbaycan Respublikası Dövlət Neft Fondu

İnvestisiyalar üzrə hüquq məsləhətçisi

Ə/h razılaşma ilə 274
Tam iş günü
Bakı, Azərbaycan
08.07.24 - 07.08.24

İş haqqında məlumat

  • Fondun investisiya fəaliyyətinin bütün istiqamətləri üzrə hüquqi dəstəyin göstərilməsi, o cümlədən;
  • ARDNF-ın törəmə müəssisələrinə aid korporativ sənədlərin nəzərdən keçirilməsi, tərtib və zəruri dəyişikliklərin edilməsi, müqavilələrin (o cümlədən, məlumatların açıqlanmaması/konfidensialıq) nəzərdən keçirilməsi və şərhlərin bildirilməsi;
  • ARDNF-nin investisiya və investisiyalarda əməliyyatlar ilə bağlı fəaliyyətini tənzimləyən siyasət və prosedurların hazırlanmasında baş hüquq məsləhətçiyə yardım edilməsi;
  • ARDNF-nin daxili sənədləri ilə bağlı, o cümlədən onlara edilən əlavə və dəyişikliklərə hüquqi rəyin verilməsi (investisiyalarda əməliyyatlar nəzərindən);
  • İnvestisiyalarda əməliyyatlar ilə bağlı ARDNF-nin digər struktur bölmələrinin hüquqi sorğularının cavablandırılması;
  • Sənədlərin və digər hüquqi mənbələrin yerləşdirilməsi və saxlanılması;
  • Departamentin direktor müavininin tapşırığı ilə departamentin məqsəd və funksiyalarına aid digər tədbirlərin/funksiyaların həyata keçirilməsində iştirak.

Tələblər

  • Təhsil: Ali hüquq təhsili mütləqdir (Kommersiya, investisiya, maliyyə və ya korporativ hüquq sahəsində magistr təhsili arzuolunandır);
  • Təcrübə: Hüquq sahəsi üzrə 1-3 il (Oxşar vəzifədə xüsusən investisiya sahəsində iş təcrübəsi arzuolunandır);
  • Dil bilikləri: İngilis və Azərbaycan dillərində mükəmməl yazılı və şifahi kommunikasiya bacarıqları;
  • Müstəqil və vaxt məhdudiyyəti şəraitində işləmək bacarığı;
  • Araşdırma və təhlil qabiliyyəti;
  • Təşəbbüskarlıq.


Elanın müddəti bitmişdir