Nur Collection

İnteryer dizayner

Ə/h razılaşma ilə 166
Tam iş günü
Bakı, Azərbaycan
11.07.24 - 10.08.24

İş haqqında məlumat

  • Dəqiq, olduğu kimi memarlıq ölçülərini hazırlamaq;
  • Plan məlumatlarının düzgünlüyünə görə eskizləri çəkmək;
  • Təhlükəsizlik, funksionallıq, ərazinin səmərəliliyi və estetikasını nəzərə alaraq interyer layihələrini yaratmaq;
  • Sahələrin mexanika, elektrika və santexnika sistemləri nəzərə alınmaqla ətraflı layihə çertyojlarını (Mərtəbə Planları, Yüksəkliklər, tavan, döşəmə və s.) hazırlamaq;
  • Layihənin həcminə və büdcəsinə uyğun olan ən optimal dizayn variantlarını, materialları və avadanlıqları müəyyən etmək;
  • Tələb olunan çertyojlar, spesifikasiyalar və layihə ilə bağlı məlumatların hazırlanması;
  • Mebel, işıqlandırma, son tamamlama materiallarının və s. detallı spesifikasiyalarının hazırlanması;
  • Layihənin başlanğıcdan son mərhələsinə qədər memarlıq/interyer hissəsinə nəzarət etmək;
  • İşlərin layihə tələblərinə uyğun aparılmasını təmin etmək üçün əmlakların iş sahələri ziyarət etmək;
  • Tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək üçün layihə qrafiklərini izləmək;
  • Dizayn konsepsiyaları və variantları əlaqələndirmək üçün komanda görüşlərində iştirak etmək;
  • Layihəyə və ya konsepsiyaya əsaslanaraq 3D visual görünüşlərin hazırlanması;
  • Rəhbərliyə mütəmadi olaraq layihə statusu haqqında yeniliklər təqdim etmək;
  • Nahar şirkət tərəfindən verilir;
  • Əmək məcəlləsinə uyğun rəsmi qeydiyyat;
  • Əmək haqqı müsahibə əsasında;
  • İş qrafiki: 6 günlük;
  • İş saatı: 09:00 - 18:00 (şənbə qısa iş günü 09:00 - 14:00);
  • İş yeri: Bakı şəhəri, Masazır dariəsinin girişi.

Tələblər

  • Təcrübə: Memarlıq, sahə planlaması, interyer dizaynı və ya əlaqəli sahələrdə peşəkar təcrübə;
  • Güclü 3D modelləşdirmə və vizualizasiya bacarıqları;
  • İnkişaf olunmuş vizual qavrayış və detallara diqqətli yanaşma;
  • Quraşdırma materialları, işıqlandırma və mebel tərtibatı haqqında yüksək biliklər;
  • Texniki bacarıq və problem həll etmə qabiliyyəti;
  • Mebel və tamamlama materiallarının spesifikasiyasının işlənib hazırlanması bacarığı;
  • Ünsiyyətçillik, təşkilatçılıq və vaxtın idarə olunması vərdişləri;
  • Fərdi və ya komanda tərkibində işləmək, eləcə də çarpaz funksional şöbələrlə sıx əməkdaşlıq bacarığı.


Elanın müddəti bitmişdir