Bakı,
Azərbaycan
17.07.24
-
16.08.24
İş haqqında məlumat
- Gündəlik daxil olan sorğulara əsasən təhkim olunmuş ərazilər üzrə abunəçilərlə əlaqə saxlanılması, təqdim olunacaq xidmətlərin dəqiqləşdirilməsi;
- Müqavilədə qeyd olunan avadanlıqların ofisdən əldə edilməsi;
- Qoşulma zamanı istifadə olunan kabel və başqa lazımlı materialların hesablayıb götürülməsi;
- Qurğulardan abunəçinin ünvanına qədər xəttin çəkilməsi və avadanlıqların quraşdırılıb sazlanması;
- Abunəçilərə xidmətlərin ayarlanıb işlək vəziyyətdə təqdim etmək;
- Abunəçiləri müqavilə şərtləri ilə tanış edib imzalı şəkildə təqdim etmək;
- Gündəlik icra olunan servis və qoşulmaların aidiyyatı üzrə qeyd olunması;
- Reklam materiallarının paylanılması;
- Günsonunda görülən işlər barəsində rəhbərliyə məlumat vermək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra olunması;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi;
- Əməyin mühafizəsi qaydalarına, yəni işlərin təhlükəsiz və sağlam şəraitdə görülməsini təmin etmək məqsədi ilə cari qanunvericilikdə və əmək müqaviləsində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirlərə, normalara və standartlara riayət etmək;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00.
Tələblər
- Təcrübə: Əlaqəli sahədə 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (Səlis), Rus dili (arzuolunandır);
- İlkin peşə;
- Analiz, problemlərin həlli və qərarvermə;
- Komanda işi və əməkdaşlıq;
- Təşəbbüskarlıq.
Xidmət
Logistika
Elanın müddəti bitmişdir