Azerconnect LLC

Internal communications senior specialist (Daxili ünsiyyət üzrə aparıcı mütəxəssis)

Ə/h razılaşma ilə 1569
Tam iş günü
Bakı, Azərbaycan
27.01.25 - 27.02.25

İş haqqında məlumat

  • Müxtəlif mövzular üzrə araşdırma aparmaq, yazmaq, redaktə etmək. Daxili nəşrlərin dizaynı, redaktə edilməsi və hazırlanmasına dəstək;
  • Daxili Ünsiyyət üzrə illik plan və büdcənin hazırlanması və bu plana uyğun olaraq daxili tədbir və təşəbbüslərin həyata keçirilməsi;
  • Tədbirlə bağlı bütün sənədləşmə prosesinin izlənilməsi və büdcə ilə bağlı hesabatın hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Daxili tədbirlərin effektivliyi ilə bağlı araşdırma aparmaq və hesabat hazırlamaq;
  • Əməkdaşlar üçün sorğu həyata keçirilməsini dəstəkləmək (texniki və mövzu ilə bağlı);
  • Bütün daxili məlumatların Daxili Ünsiyyət kanalları üzrə kommunikasiyasını dəstəkləmək;
  • Daxili ünsiyyət üzrə rəqəmsal platformaların idarə edilməsi, xəbərlərin/məlumatların yerləşdirilməsi;
  • Daxili ünsiyyət ehtiyyaclarından irəli gələrək maraqlı üçüncü tərəflərlə əməkdaşlıq əlaqələrinin qurulması və iclasların təşkili;
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.

Tələblər

  • İctimaiyyətlə əlaqələr, Marketinq üzrə təhsilin olması üstünlükdür;
  • İctimaiyyətlə əlaqələr, Daxili kommunikasiya sahələrində ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, Rus dili biliyi üstünlükdür;
  • İctimaiyyətlə əlaqələr və Korporativ kommunikasiya, Marketinq, Biznesin idarə ediıməsi sahələri üzrə müvafiq sertifikat və ya Diplomların mövcudluğu, müvafiq treninqlərdə iştirak;
  • Ofis proqramları ilə iş;
  • Güclü yazı qabiliyyəti, mesajları auditoriyanın ehtiyaclarına müvafiq olaraq uyğunlaşdırmaq və sadələşdirmək qabiliyyəti;
  • Güclü araşdırma və redaktə etmək bacarığı;
  • Yaradıcı, pozitiv və işləri icra etmək üçün yüksək enerji.

Oxşar vakansiyalar