Sumqayıt,
Azərbaycan
11.09.23
-
11.10.23
İş haqqında məlumat
- İstehsal olunan məhsulların standartlara və təmin edilən qaydalara uyğun olmasına nəzarət edilməsi;
- İstehsal olunan məhsulun vizual və ölçülərinin yoxlanılması;
- İstehsal olunan məhsulun düzgün olan, qeydiyyatdan keçmiş, möhürlənmiş cizgilər əsasında yoxlanılması;
- Sifarişə uyğun olaraq istehsal olunmuş məhsulun qarışmaması üçün qəbul edilmiş qaydada nişanlanmasına (markalanmasına) nəzarət edilməsi;
- İstehsal prosesinin bütün mərhələlərində operativ nəzarətin həyata keçirilməsi;
- Keyfiyyətsiz məhsulun istehsalının qarşısının alınması;
- Uyğunsuz və ya zay məhsul buraxıldığı təqdirdə məhsul partiyasını (seriyasını) qəbul etməmək və bu haqda rəhbərliyi yazılı şəkildə məlumatlandırmaq;
- Zay məhsul istehsalı zamanı onun sənədləşdirilməsini, qeydiyyatını və izolə olunmasını təmin etmək;
- Məhsulun keyfiyyətinin qoyulan tələblərə cavab verməməsi səbəblərinin analiz və tədqiq edilməsində iştirak etmək;
- Məhsulun düzgün paketlənməsinə nəzarət etmək;
- İstehsal zamanı məhsulun girişdən çıxışa qədər bütün mərhələlərdə izlənməsini təmin etmək.
Tələblər
- Operativlilik və qərar qəbul etmək bacarıqlarına malik olmalı;
- Böyük həcimli məlumatlarla işləmək bacarıqlarına malik olmalı;
- İşgüzar yazışma əsaslarını bilməli;
- Yenilikçi, aktiv və komandada işləmək bacarığına malik olmalı;
- Analitik düşünmə qabiliyyətinə malik olmalıdır.
- Vakansiya ilə maraqlanan şəxslər https://stpcareer.com/vakansiya-haqqinda/80 linkinə keçid edərək müraciət edə bilər.
Mühəndislik
Tikinti və təmir