Bakı,
Azərbaycan
20.11.23
-
20.12.23
İş haqqında məlumat
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, yeni vakansiyalar üzrə işçi axtarışı, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
- İşə qəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
- Yeni işə qəbul edilən işçilərə şirkətin prosedur qaydaları haqqında, vəzifə öhdəlikləri, struktur haqqında təlimatın verilməsi və işə başladılmasını həyata keçirir;
- İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planının işlənib hazırlanması və həyata keçirilməsi;
- Kadr bazasının yaradılması və idarə edilməsi, içilər barədə hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili;
- Kadr işinin aparılması, əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət edilməsi;
- İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi;
- Nahar yeməyi şirkət tərəfindən verilir;
- İş qrafiki: 6 günlük;
- İş saatı: 10:00 - 18:00 (şənbə günü 10:00 - 14:00).
Tələblər
- Təhsil: Ali (Menecment, iqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
- Təcrübə: İnsan Resursları sahəsində təcrübə minimum 5 il;
- Dil bilikləri: İngilis və rus dilləri üstünlükdür;
- İnsan Resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
- İşə qəbul prosesinin əsas qaydalarını bilməli;
- Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini qeyd olunmuş elektron ünvanına göndərə bilərlər;
- Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnsan resurslarının idarə edilməsi” şəklində göstərməyiniz xahiş olunur;
- Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər;
- Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İnsan resursları
Ticarət