Gravity Inc. MMC

İnsan resursları üzrə rəhbər

Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya İnsan resursları
Vakansiya tarixi 13.01.23 12.02.23

İş haqqında məlumat

  • Ümumi işə qəbul strategiyasını tərtib etmək və həyata keçirmək;
  • İnsan resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin təmin edilməsi;
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması, tətbiq olunması;
  • Əmək fəaliyyətinin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
  • Əməkdaşların əmək fəaliyyətinin qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
  • Kadr uçotunun aparılması məqsədi ilə 1C proqramında məlumatların daxil edilməsinə nəzarət;
  • İnsan resurslarının idarə edilməsi və inkişafı ilə bağlı prosedurlar, siyasətlər hazırlamaq;
  • İşə qəbul sisteminin qurulması, işə qəbulun planlaşdırılmasının təşkil olunması.
  • İş qrafiki: Həftə içi 5 gün, (şənbə günləri natamam iş günü);
  • İş saatı: 09.00-dan 18.00-dək.

Tələblər

  • Təhsil: Sosial elmlər üzrə bakalavr və magistr dərəcəsi (İnsan Resursları, Biznesin İdarə Edilməsi, Psixologiya, Sosiologiya və s. PhD olmasına üstünlük verilir);
  • Dil bilikəri: Azərbaycan, ingilis və rus dillərində səlis danışıq və yazı bacarığı;
  • Kompüter bacarıqları: MS Word, MS Excel, MS PowerPoint proqramlarından istifadə bacarığı, həmçinin 1 C (8.3) və ya SAP proqramında işləmək bacarığı);
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 5 il peşəkar təcrübə;
  • CIPD, HRCI, SHRM sertifikatları arzu olunandır;
  • Vaxtın düzgün idarə edilməsi, təqdimat və güclü işgüzar ünsiyyət bacarıqları;
  • Analitik düşünmə və problemləri həlletmə qabiliyyəti;
  • Ünsiyyət, dinləmə, analitik düşünmə, şəxsiyyətlərarası ünsiyyət, inandırma və münaqişələrin həlli bacarıqları;
  • EMAS.sosial.gov.az elektron portalında sürətli və sərbəst işləmək bacarığı.

Bizi Teleqramda izləyin.

Oxşar vakansiyalar