Məkan
Bakı, Azərbaycan
İş növü
Tam iş günü
Kateqoriya
İnzibati, Biznes, İdarəetmə
Vakansiya tarixi
10.01.23
09.02.23
İş haqqında məlumat
- İR, inzibati şöbəsinin ümumi gündəlik işinin təşkili, planlaşdırılması və koordinasiyasında iştirak edir;
- Sirkətdaxili bütün işçi heyətinin daxili qaydalara riayət etmələrinə dəstək verir;
- Rəhbərlik tərəfindən təsdiq olunan məlumat və elanların, işçi heyətin diqqətinə çatdırılmasına dəstək verir;
- İşçi heyəti ilə münaqişələrin həlli və düzgün kommunikasiyanın qurulmasını təmin edir;
- Şirkətin İR standartlarını təkmilləşdirilməsində iştirak edir;
- Komanda üzvlərinin ümumi məqsədlərə çatmaqda, birlikdə səmərəli işləməsinə dəstək verir;
- Yerli qanunvericiliyi əsas tutaraq, sənədləşmənin həyata keçirilməsini təmin edir;
- İşçi heyətinin illik məzuniyyət cədvəllərinin tərtib edilməsini həyata keçirir və istifadəsini təmin edir;
- Elektron portalda (e-sosial, e-gov, emas, isb.az və s.) iş prosesini təmin edir;
- İşçilərin şəxsi işlərinin formalaşdırılmasını (bütün sənədlərin tərtib və imzalanmasının təmin edilməsi) təmin edir;
- Əmrlərin və digər əlaqəli sənədlərin (işə qəbul, xitam, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri,) tərtibatı və imzalanmasını təmin edir;
- Ehtiyac olduqda protokol tərtibi, arayış, xasiyyətnamələrin və müvafiq sənədlərin (məktub, müraciət və s.) hazırlanmasını təmin edir;
- Aylıq tabelin hazırlanmasını və mühasibatlığa təqdim edilməsini təmin edir;
- Əmək haqqı kartlarının sifariş edir;
- Əmək kitabçalarının doldurulması və qeydiyyatların aparılması, işçilərin stajlarının hesablanması;
- İR şöbə rəhbəri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Təhsil: Ali (bakalavr);
- Təcrübə: Müvafiq sahə üzrə minimum 2-5 il;
- Dil bilikləri: Azərbaycan dili, rus dili - səlis, ingilis - arzuolunandır;
- Kompüter bacarıqları: MS Office proqramları;
- AR-nın Əmək Məcəlləsini bilməli;
- İşi planlaşdırma və təşkil etmə bacarığı;
- İdarəetmə, komandada işləmək və kommunikasiya bacarığı;
- Vaxt idarəetmə bacarığı;
- Stressə davamlılıq;
- Ünsiyyət bacarığı.
Bizi Teleqramda izləyin.