Caspel

İnsan resursları üzrə mütəxəssis

Ə/h razılaşma ilə 1222
Tam iş günü
Bakı, Azərbaycan
21.01.25 - 21.02.25

İş haqqında məlumat

  • İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
  • Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
  • Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
  • İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
  • İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
  • İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
  • İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
  • Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
  • Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;
  • İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və müdirə hesabat verir;
  • Korporativ nömrə və danışıq balansı;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
  • İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00.

Tələblər

  • İş təcrübəsi:  2 il;
  • Təhsil: Ali;
  • Dil bilikləri: Azərbaycan dili: səlis; Rus dili:səlis, İngilis dili:üstünlükdür;  
  • Üstünlüklər: İnsan resursları sahəsində sertifikatların olması;
  • Kompüter bilikləri: ERP və  MS Office:əla;
  • Xarici ölkələrə ezamiyyələrə açıq olmalı;
  • Liderlik və idarə etmə bacarıqlarının olması;
  • Stressə davamlılıq;
  • Kommunikasiya bacarıqlarının mövcudluğu;
  • Komanda mühitində məsuliyyətli olmaq;
  • Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İR üzrə mütəxəssis” sözünü qeyd edərək e-ünvanına göndərsinlər.