Azerbaijan Fish Farm

İnsan Resursları üzrə mütəxəssis

Ə/h razılaşma ilə 165
Tam iş günü
Bakı, Azərbaycan
03.06.24 - 03.07.24

İş haqqında məlumat

  • İşə qəbul prosesini idarə etmək-iş elanlarının təqdim edilməsi, namizədlərin müəyyənləşdirilməsi, müsahibələrin aparılması, təhlükəsizlik yoxlamalarının izlənməsi, müsahibə formalarının doldurulması, potensial kadrların məlumat bazasının idarə edilməsi və işə qəbul olan yeni işçilərin sənədlərinin toplanması;
  • Vəzifə təlimatların yoxlanılması və aidiyyatı şəxslər tərəfdən imzalanmasına cavabdeh olması;
  • İşçilərin sınaq müddətinin nəzarətinin aparılması və Birbaşa Rəhbər tərəfindən sınaq müddətinin qiymətləndirilməsi formalarının vaxtında doldurulmasına cavabdehlik daşıması;
  • Yeni işçilər üçün işə giriş (onboarding) təlimatının aparılması və işə giriş prosesinin koordinasiya edilməsi (inzibati, SƏTƏM, İT və s.);
  • Satış təmsilçiləri üçün təlimlərin keçirilməsi;
  • İş yerinin və işçilərin attestasiyasında iştirak etmək;
  • Peşəkar inkişaf proqramlarının və müxtəlif təcrübə proqramlarının vaxtında idarə olunmasının təmin edilməsi;
  • Əmək yarmarkalarında iştirak edilməsi, universitetlər, peşə məktəbləri və digər təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrin qurulması;
  • İşdən çıxış müsahibələri aparılması;
  • İşçilərin suallarının cavablandıraraq müştəri xidməti funksiyalarının yerinə yetirilməsi;
  • İR hesabatlarının hazırlanılması və təqdim edilməsi;
  • Təyin edilmiş digər vəzifələrin yerinə yetirilməsi;
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Əlavə: Mobil telefon və korporativ nömrə;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: Bakı şəhəri, regionlara işgüzar səfərlər;

Tələblər

  • Təhsil: Ali təhsil (biznes idarəedilməsi, İR və ya müvafiq sahədə);
  • Təcrübə: İşə qəbul və sənədləşmə üzrə 3 ildən artıq təcrübə;
  • Kompüter bacarıqları: MS Office proqramlarını yüksək səviyyədə bilməli, 1C 8.3 (ERP) proqramını yüksək səviyyədə bilməli;
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili və Rus dili üstünlükdür;
  • İRİ, Əmək məcəlləsi, səriştə əsaslı müsahibə və işə qəbul üzrə sertifikatlar üstünlükdür;
  • İstehsalat sahəsində təcrübə arzuolunandır;
  • Əmək qanunvericiliyi biliyi;
  • Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Əla təşkilatçılıq və vaxt idarə etmə bacarığı (planlaşdırma, prioritetləşdirmə), təyin olunmuş vaxt çərçivəsində tapşırıqların yerinə yetirilməsi, son tarixlərə cavab vermək qabiliyyəti;
  • Detallara diqqət, güclü problem həll etmə qabiliyyətləri;
  • Komanda da işləmək qabiliyyətləri.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar