"Azərbaycan Universiteti" MMC

İnsan Resursları üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
15.11.23 - 15.12.23

İş haqqında məlumat

  • Əmək və xidmət müqavilələrini hazırlamaq və imzalanmasını təmin etmək, əmək müqaviləsi bildirişlərini elektron informasiya sisteminə, kadrlar barədə məlumatları müvafiq elektron sistemə  daxil etmək;
  • Qanunvericiliyə müvafiq qaydada işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, mükafatlandırılması, intizam tənbehinin verilməsi və işdən azad edilmələrini rəsmiləşdirmək, habelə müvafiq  aktların tərtib edilməsini  həyata keçirmək;
  • Təsdiqlənmiş kadr əmrlərinin qeydiyyatını aparmaq, işçilərin şəxsi işlərini (işçilərə aid kadr sənədlərini) formalaşdırmaq;
  • Məzuniyyətləri və ezamiyyələri rəsmiləşdirmək və siyahıya almaq;
  • Universitetin təşkilati struktur və ştat cədvəlinin layihəsini hazırlamaq;
  • Hesabatları və statistik məlumatları hazırlamaq;
  • İşçilərin aylıq işə davamiyyət (tabel) cədvəllərini toplamaq, yoxlamaq və orada qeyd olunan məlumatların müvafiq elektron proqramlara daxil  etmək;
  • Yeni təyinatlar, vəzifə dəyişiklikləri, qeyri-iş günləri, qısaldılmış iş vaxtları, bayram və işçilərin ad günü təbrikləri, digər zəruri bildirişlər ilə bağlı  e-mail məktublar göndərmək;
  • Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Təhsil: Bakalavr;
  • Təcrübə: Kargüzarlıq sahəsində 3 ildən az olmayaraq;
  • Dil bilikləri: Azərbaycan, rus və ingilis dili (arzuolunandır);
  • Kompüter bacarıqları: MS Office proqramları, “1C”;
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyini; 
  • Kadr işinin təşkilini, kargüzarlığın aparılmasını;
  • İnsan resurslarına aid elektron  proqramlardan istifadə qaydalarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarını.


Oxşar vakansiyalar