Domino’s Pizza Azerbaijan

İnsan resursları üzrə kiçik mütəxəssis

400 - 500 ₼
Tam iş günü
Bakı, Azərbaycan
31.01.23 - 02.03.23

İş haqqında məlumat

  • E-gov hökumət portalı və ƏMAS altsistemi, e-sosial və İSB portalı ilə bağlı bütün lazımı əməliyyatları icra etmək;
  • Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
  • Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə;
  • Davamiyyətin izlənməsi və müvafiq aylıq tabellərin hazırlanması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və müntəzəm olaraq dəyişikliklərin qeydiyyatının aparılması;
  • ƏMAS altsistemində aktiv vakansiyaların yerləşdirib, ləğv edilməsi;
  • Əmək kitabçalarının doldurulması;
  • Korporativ nömrə və nahar şirkət tərəfindən təmin edilir;
  • İş qrafiki: Həftədə 5 gün;
  • İş saatı: 09:00–18:00.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Bu sahədə 1 il iş təcrübəsi (Sertifikatı olanlara üstünlük veriləcək);
  • Yaş: 24 -35;
  • Dil bilikləri: Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı, İngilis və Rus dilini bilməsi üstünlükdür.
  • Kompüter bacarıqları: MS Office (Word, Excel) kompüter proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməsi;
  • Kargüzarlıq haqqında yüksək səviyyədə biliklərin olması;
  • E-gov hökumət portalı və ƏMAS altsistemində işləmə bacarıqları (işə qəbul, xitam, vəzifə dəyişiklikləri, analıq məzuniyyəti, müavinətlər, xəstəlik vərəqələri və s. modullar ilə işləmək bacarığı);
  • Stresə davamlı, tələbkar, məsuliyyətli,
  • Problemləri təhlil və həll etmə bacarığı.


Elanın müddəti bitmişdir