Bakı,
Azərbaycan
04.08.23
-
03.09.23
İş haqqında məlumat
- Təsərrüfat subyektinin bütün fəaliyyətinin, o cümlədən kassa, mühasibat-maliyyə uçotu, vergi uçotu, alış, satış, istehsal, əsas vəsaitlər, mal-material ehtiyatları, anbar, insan resursları, inzibati fəaliyyətinin normativ-hüquqi aktlara və təsdiq edilmiş daxili prosedurlara, qaydalara, əsasnamalərə uyğunluğunu yoxlaması;
- Daxili audit fəaliyyətləri ilə bağlı işçi sənədlərin hazırlanması, keyfiyyətin təmin edilməsi, arxivləşdirmə və sənədləşmə proseslərinin aparılması;
- Auditin nəticələri barədə rəhbərliyə hesabat vermək və müəssisənin fəaliyyətində dəyişikliklərə dair tövsiyələr təqdim olunması;
- Risk əsaslı yanaşma ilə təminat və məsləhət xidmətlərinin göstərilməsi və nəticələrinin hesabat olaraq təqdim edilməsi;
- Müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət olunması.
Tələblər
- Təhsil: Ali;
- Auditin əsas prinsipləri bilməli;
- Əmək qanunvericiliyinin əsaslarını bilməli;
- Vergi, əmək, miqrasiya, inzibati xətalar məcəllələrinin əsas anlayışları olmalı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti olmalı.
Auditor
İnsan resursları
Peşəkar xidmətlər