Mazarina

İnsan Resursları üzrə direktor

2500 - 3000 ₼ 263
Tam iş günü
Bakı, Azərbaycan
08.02.24 - 09.03.24

İş haqqında məlumat

  • İnsan Resurslarının idarə olunması proqramını tərtib etmək və müəyyən olunmuş planı şirkət daxilində icra etmək;
  • İşçiləri motivasiya və demotivasiya edən amilləri araşdırmaq və motivasiya proqramları hazırlamaq;
  • Müvafiq vakansiyalar üzrə yeni namizədlərin seçilməsi, müsahibələrin aparılması, müasir qiymətləndirmə metodları ilə namizədlərin qiymətləndirilməsi prosesini təşkil və icra etmək;
  • İnsan Resurlarına dair kargüzarlıq işinin, habelə sənədləşmə prosesinin Azərbaycan Respublikasının Əmək Qanunvericilinə müvafiq olaraq düzgün aparılmasını təşkil etmək;
  • İnsan Resurlarının fəaliyyəti ilə bağlı mütəmadi olaraq rəhbərliyə hesabatlar təqdim etmək;
  • 3 aydan sonra könüllü tibbi sığorta ilə təmin olunma imkanı;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Yaş: 30-45;
  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq vəzifədə minimum 5 il iş təcrübəsi olmalıdır;
  • Kompüter bacarıqları: MS Office (Word, Excell, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı olmalıdır;
  • Dil bilikləri: Azərbaycan dili, Rus dili və İngilis dili üstünlükdür;
  • Əvvəlki iş yerlərində minimum 500-700 nəfərlik heyət ilə işləmək təcrübəsi olmalıdır;
  • İşçi heyətinin Planlaması, İşə Qəbul, Əmək Fəaliyyətinin Qiymətləndirilməsi, Motivasiya və Təlim Sistemlərinin qurulmasında təcrübəsi olmalıdır;
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyini mükəmməl səviyyədə bilməlidir;
  • Analitik təhlil qabiliyyətinə sahib olmalıdır;
  • Məsuliyyətli və diqqətli olmalıdır;
  • Ünsiyyət qurma və yüksək təqdimat bacarığı olmalıdır.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar