AzerGold CJSC

İnsan Resursları üzrə biznes tərəfdaş

Ə/h razılaşma ilə 152
Tam iş günü
Bakı, Azərbaycan
14.05.24 - 13.06.24

İş haqqında məlumat

  • Biznes funksiyalarının səmərəliliyini artırmaq üçün vəzifələri və təşkilati strukturu layihələndirmək üçün funksiya rəhbərləri ilə əməkdaşlıq;
  • Struktur bölmələr üzrə namizədlərin seçilməsini və işə qəbul planının icrasını təşkil etmək;
  • Struktur bölmələrin aktiv boş vakansiyalarıyla bağlı elan nümunə formalarının hazırlanması, Uyğun namizədlərin seçilməsi üçün müraciətlərə (CV-lərə) ilkin baxış keçirtmək, uyğun namizədlərlə müsahibələrdə iştirak etmək;
  • Struktur bölmələr üzrə yeni işçilərə Cəmiyyətin adaptasiya (ilk iş günü) təqdimatının keçirilməsi;
  • Performansın idarəedilməsi sisteminə uyğun olaraq Partnyoru olduğu struktur bölmələrin funksional və fərdi hədəflərinin toplanılması, düzgünlüyünün yoxlanılması;
  • Partnyoru olduğu Struktur bölmələr üzrə iş analizlərinin aparılması və vəzifə təlimatlarının hazırlanması;
  • Universitetlərlə əməkdaşlıq: tələbələrin istehsalat təcrübəsinə cəlb edilməsi üçün lazımi tədbirlərin görülməsi və fəaliyyət planına uyğun olaraq tədbirlərin təşkilində iştirak etmək;
  • Universitet və peşə təhsili mərkəzlərində "AzerGold"-un işəgötürən brendinin təbliğinin aparılması, təlimlərin keçirilməsi;
  • İşdən çıxan işçilərlə son müsahibələrin (exit interview) aparılması üzrə lazımi tədbirlər görmək;
  • Əmək haqqı müsahibə əsnasında təyin olunur;
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır;
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir;
  • Nəqliyyat xidməti;
  • Rəqabətli mükafatlandırma sistemi;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Təhsil: Ali təhsil (İnsan Resursları, Biznes, İqtisadiyyat, İdarəetmə və digər əlaqəli sahələrdə);
  • Təcrübə: Biznes tərəfdaş kimi minimum 1 il, insan resursları sahəsi üzrə ən azı 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (sərbəst), Rus dili (arzuolunandır);
  • Kompüter bacarıqları: MS Office (Outlook, Word, Excel PowerPoint) proqramlarında, işləmə bacarığı;
  • Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə bacarıqları.
  • Vakansiya ilə maraqlanan şəxslər https://careers.azergold.az/daxil-ol linkinə keçid edərək müraciət edə bilər.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar