Bakı,
Azərbaycan
09.08.23
-
08.09.23
İş haqqında məlumat
- Bölmə rəhbərləri ilə həftəlik və ya iki həftədən bir iclasların keçirilməsi və lazım olduqda onlara insan resursları tərəfdən məsləhətlərin verilməsi;
- Ən yaxşı mütəxəssislərin şirkətə cəlb edilməsi, onların inkişaf etdirilməsi və saxlanılması üçün İR strategiyaları və yanaşmalarının həyata keçirilməsi;
- İR ilə bağlı kommunikasiyaların idarə edilməsi;
- Yaxşı iş mühitinin saxlanmasına və işçilər arasında müsbət münasibətlərin qurulmasına köməklik göstərilməsi;
- Yeni işçilərin axtarışı, işə qəbulu və onların uyğunlaşması proqramlarının idarə edilməsi;
- Davamlı təhsil, dəstək və rəhbərlik vasitəsilə yüksək performansın göstərilməsi, davamlı öyrənmə mədəniyyətinin oturtulmasını təşviq edilməsi;
- Öyrənmə və inkişaf prosesini müəyyən edilməsi, onu planlaşdırılması, həyata keçirmək və ölçmək üçün müvafiq sistemlərin saxlanması;
- İşçilərin şəxsi işlərini hazırlanması və formalaşdırması, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edilməsi;
- Əmək müqavilələrini doldurulması və tərəflərin arasında imzalanmasına nəzarət edilməsi;
- İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatının aparılması, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edilməsi;
- Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunun aparılması;
- Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edilməsi;
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət etməsi və rəhbərliyə hesabat verilməsi;
- Korporativ nömrə və danışıq balansı;
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00.
Tələblər
- Yaş: 30-35;
- Cinsi: Kişi;
- Təhsil: Ali;
- Təcrübə: 5 il;
- Dil bilikləri: Azərbaycan və rus dilləri səlis, ingilis dili yaxşı;
- Kompüter bacarıqları: ERP və MS Office (Excel yaxşı səviyyədə) proqramlarını bilməli;
- Nitqi aydın və səlis olmalı;
- Fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı;
- Məsuliyyətli, səbrli, stressə davamlı olmalı.
İnsan resursları
İKT