Bakı,
Azərbaycan
23.05.23
-
22.06.23
İş haqqında məlumat
- İşçilərin İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
- E-gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
- Əmək qanunvericiliyin tələblərinə əsasən müvaviq əmrlərin hazırlanması;
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin daxil edilməsi;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını və əmək kitabçalarında müvafiq qeydlərin aparılması;
- Məzuniyyət qrafikinin və cədvəlininin tərtib olunması, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini, işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasının təmin edilməsi;
- İşçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması ilə bağlı prosedurların yerinə yetirilməsi;
- İş fəaliyyəti ilə bağlı vaxtaşırı hesabat hazırlanıb təqdim edilməsi;
- İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
- İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatı təqdim etmək;
- Qanunvericilikdən irəli gələn digər işlərin yerinə yetirilməsi;
- Nahar və rabitə xərcləri şirkət tərəfindən təmin olunur;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: 2 il;
- Kompüter bacarıqları: MS Office proqramlarını bilməli;
- Dil bilikləri: Azərbaycan dili səlis, ingilis və rus dili bilikləri arzu olunandır;
- Əmək məcəlləsini bilməli;
- Ezamiyyə imkanları;
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
- Ünsiyyətcil, təşəbbüskar;
- Analitik yanaşma qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə bacarığı.
İnsan resursları
Tikinti və təmir