AzInTelecom MMC

İnsan resursları üzrə aparıcı mütəxəssis

Ə/h razılaşma ilə 153
Tam iş günü
Bakı, Azərbaycan
20.11.24 - 20.12.24

İş haqqında məlumat

  • AR Əmək Qanunvericiliyinə əsasən yeni işçilərin sənədlərinin qəbulu, əmək müqaviləsinin bağlanması, dəyişikliklərin edilməsi, xitam verilməsi, vəzifə dəyişikliyi, mükafatlandırılması, məzuniyyət, ezamiyyətə göndərilməsi və sair ilə bağlı sənədlərin rəsmiləşdirilməsi, habelə Əmək Müqaviləsi bildirişlərinin ƏMAS altsisteminə daxil edilməsi, müvafiq sənədləşmənin icra edilməsi və ƏMAS-la bağlı digər əməliyyatları vaxtında yerinə yetirmək;
  • Cəmiyyətdə sənəd, eləcə də elektron sənəd dövriyyəsinin qanunvericiliyin və şirkətdaxili təlimatların tələblərinə uyğun olaraq təşkilini həyata keçirmək;
  • Əmək haqqı hesablanması zamanı lazım olduğu halda əmək haqqı hesablanması ilə bağlı yan proseslərin icrasında şöbədaxili həmkarlara dəstək göstərmək, əməkdaşlardan gələn sorğuları cavablandırmaq;
  • Əmək haqqı üzrə daxili hesabatların hazırlanmasında dəstək göstərmək;
  • İR məlumat bazalarından istifadə edilməsi və işçi məlumatlarının nəzərdən keçirilməsi, daxil edilməsi, yenilənməsi və izlənilməsi;
  • İR dataların, göstəricilərin və statistikanın toplanması, qruplaşdırılması və təhlil edilməsi;
  • Nəticələri İR komandasına və rəhbərliyə çatdırmaq üçün tablolar, hesabatlar və təqdimatların hazırlanması;
  • İR əməliyyatı proseslərinin, prosedur, təlimat və qaydaların hazırlanması, optimallaşdırılması və avtomatlaşdırılması;
  • İnsan resurslarının digər strateji layihələrində iştirak etmək.

Tələblər

  • Ali təhsil (İnsan Resursları, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr təhsilinin olması);
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
  • İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmalı;
  • ƏMAS platformasında sərbəst işləmək bacarığı;
  • İSB portalında, və Məşğulluq dövlət orqanları ilə işləməyi və əməliyyatların aparılmasını bilməli;
  • MS Office proqramlarında sərbəst istifadə bacarığı, SAP (üstünlükdür);
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • İR data analitikası sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
  • Datanı toplamaq, qruplaşdırmaq və təhlil etmək kimi bacarıqları özündə birləşdirən analitik düşüncə;
  • Detallı məlumatları özündə əks etdirən cədvəlləri, qrafikləri və təqdimatları hazırlamaq bacarığı;
  • Azərbaycan dili mükəmməl; ingilis və rus dilləri üstünlükdür;
  • Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər.