Bakı,
Azərbaycan
03.10.24
-
03.11.24
İş haqqında məlumat
- Hökümət portalında sərbəst işləməli (ƏMAS);
- Kadr sahəsində kargüzarlığı aparmalı (İşçilərin girişi, çıxışı, məzuniyyət kartlarını, növbəlik üzrə bazasını, illik məzuniyyət cədvəlini, əmrlərini hazırlamalı, şirkətdə yerinə yetirdiyi vəzifə və ya vəzifələr, peşə ilə əlaqədar olan xəstəliklərə görə aldığı icazələr, nizam-intizam qaydalarına riayət etmədiyi üçün verilən tənbehlərin(xəbərdarlıq, töhmət və s.) qeydiyyatını aparır);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə davamlı işləməli və İnzibati xatalar məcəlləsini bilməlidir;
- İnsan Resursları sahəsində prosedurların, təlimatların hazırlanmasında iştirak etməli;
- İşçi ehtiyacını və dövriyyəsini müəyyən etməli;
- İşə qəbul prosesində daxil olan CVləri və boş vakansiyalar üzrə sosial mənbələrdən uyğun namizədləri araşdırmalı;
- Davamiyyətin (tabellərin) nəzarəti və ay sonu hesabatların mühasibatlığa təqdim etməli;
- Təhsil, ailə vəziyyəti, yaş, iş təcrübəsinə görə işçilərin ümumi məlumatlarının qeydiyyatını aparmalı;
- İşçilərin şəxsi işlərini formalaşdırmalı;
- Qiymətləndirmə nəticələrinin və əməkhaqqı/mükafatlandırma sisteminin hazırlanmasında iştirak etməli;
- İşçilərin tədris və təkmilləşdirmə planının hazırlanmasında iştirak etməli;
- İşçilərin şikayət və təkliflərini nəzərə almalı və insan resursları şöbəsinin müdirini məlumatlandırmalı;
Tələblər
- Ali təhsil (rus,azərbaycan dili səlis);
- Müvafiq iş üzrə 1,5 il iş stajı;
- MS ofis proqramları yaxşı səviyyədə;
- ƏMAS sistemində son dəyişiklikləri bilməlidir.
İnsan resursları
Maliyyə xidmətləri